Redaktor seçimi
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Günün xəbəri

Bakıdakı ən böyük qəbiristanlıq doldu

Bakıdakı ən böyük qəbiristanlıq doldu

 

“Bakıda sahəsinə görə ən böyük qəbiristanlıq aşağı Qurd Qapısı qəbiristanlığıdır”

 

Yenixeber.org: Bunu Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov Modern.az-a açıqlamasında deyib.

O bildirib ki, sahəsinə görə böyük qəbiristanlıqları müəyyən etmək olsa da, həmin yerdəki qəbirlərin sayını demək mümkün deyil: “Bizim trestə 32 qəbiristanlıq daxildir. Bunlar 1 və 2 saylı Şəhidlər Xiyabanı, 1 və 2 saylı Fəxri Xiyaban, 1 və 2 saylı Dağüstü, Keşlə, Hövsan, Qaraçuxur, 8-ci kilometr, 1-ci və 2-ci Zabrat, 1-ci, 2-ci və 3-cü Biləcəri, Əhmədli, 7-ci mikrorayon, Maştağa, Binəqədi kənd, Buzovna, Şüvəlan, Bakıxanov, Mərdəkan, Bilgəh, Yanardağ, Pirşağı, Sabunçu, “Qurd qapısı“ adı ilə məşhur olan ümumşəhər Yasamal qəbiristanlıqlarıdır.

Qəbiristanlıqlarda nə qədər qəbirin olması ilə bağlı say demək mümkün deyil. Çünki elə qəbiristanlıq var ki, qədim tarixə malikdir. Məsələn, Yasamal qəbiristanlığı 1940-cı illərdə salınıb. Bu baxımdan oradakı qəbirlərin sayı məlum deyil. Həmçinin ən qədim qəbiristanlıq da Yasamal qəbiristanlığıdır”.

S.Həsənov qeyd edib ki,  Bakı şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Tresti yalnız quruma daxil olan qəbiristanlıqlara cavabdehdirlər: “Bakıda nə qədər qəbiristanlığın olduğunu deyə bilmərəm. Onların bəziləri bələdiyyələrə tabedir. Məsələn, Zirə, Novxanı, Fatmayi qəbiristanlıqları bizə tabe deyil.

Ümumiyyətlə, şəhərin mərkəzindəki qəbiristanlıqlarında çox sıxlıqdır. Yasamal qəbiristanlığında isə yer, demək olar ki, yoxdur. Bu, həm də onunla izah olunur ki, sözügedən ərazi köhnə qəbiristanlıqdır. Amma şəhər kənarındakı qəbiristanlıqlarda boş yerlər tapmaq olar. Məsələn, Sabunçu, Suraxanı, Biləcəri, Xırdalan, Binəqədi qəbiristanlıqlarında boş ərazi tapmaq mümkündür".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam