Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Azərbaycanda sosial xidmətlərin əhatə dairəsi genişlənir

Azərbaycanda sosial xidmətlərin əhatə dairəsi genişlənir

 

"Hazırda 1100 nəfərdən çox şəxsə sosial xidmət müəssisələrində stasionar şəraitdə, 11,2 min nəfər tənha ahıl və əlil şəxsə evlərində səyyar formada sosial xidmətlər göstərilir"

 

Yenixeber.org: Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov "Sosial xidmət müəssisələrinin işinin təşkili: Avropa standartları və Azərbaycan təcrübəsi" mövzusunda keçirilmiş konfransda deyib. Nazir bildirib ki, bölgələrdə sosial xidmətlərə ehtiyacların müəyyən olunması üçün sosial xəritələşmənin aparılması və sosial xidmət müəssisələri şəbəkəsinin, eləcə də, sosial sifarişlər üzrə icra olunan sosial xidmət layihələrinin icrası işləri bu sahədə qarşıda duran ilkin məqsədlərdəndir.

O qeyd edib ki, ölkədə çətin həyat şəraitində yaşayan şəxslərin təkbaşına bacarmadıqları problemlərin həllində dövlət dəstəyini nəzərdə tutan geniş əhatəli sosial xidmətlər sistemi formalaşıb: "Bu gün bunların icrası istiqamətində ƏƏSMN tərəfindən işlər həyata keçirilir. Xüsusilə son zamanlar bizim sosial xidmət müəssisələrinin sırasına yeniləri əlavə olunur. Bunların sırasına iki sığınacaq, bu yaxınlarda istifadəyə veriləcək, Qobustan rayonunda inşa edilmiş, penitensiar müəssisələrdə cəza çəkib çıxmış şəxslərin sosial adaptasiyası mərkəzi, Gəncə şəhərində hazırda pensiya yaşına çatana qədər kimsəsiz qalmış, əmək qabiliyyəti olmayan və yaxud əqli cəhətdən müəyyən problemlər yaşayan, sosial-iqtisadi və psixoloji problemləri olan şəxslərin saxlanması üçün sığınacaq yekunlaşmaq üzrədir. ƏƏSMN-in tərkibində uşaqlar üçün iki psixonevroloji sosial xidmət müəssisəsi var".

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli çətin həyat şəraitində olan şəxslərin sosial problemlərinin həllində sosial xidmətlərin rolunun əhəmiyyətli şəkildə artacağını bildirib. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas qeyd edib ki, Aİ-nin hər bir ölkədə əsas diqqət etdiyi istiqamətlərdən biri sosial müdafiədir.

UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Min Yuan deyib ki, Azərbaycanda uşaqların rifahının artırılması üçün daha çox investisiya qoyulmalıdır. Daha sonra konfrans iştirakçıları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağında və Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində yaradılmış şəraitlə yaxından tanış olublar.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam