Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Soyuqdəymə, yoxsa virus?- Baş terapevtdən qrip açıqlaması

Soyuqdəymə, yoxsa virus?

 

Azərbaycanda qrip epidemiyasının yayılması barədə yayılan məlumatlar əsassızdır

 

Yenixeber.org: Bunu açıqlamasında respublikanın baş terapevti Yaqub Qurbanov deyib.

Onun sözlərinə görə, soyuqdəymə kimi xarakterizə olunan bu xəstəlik fəsil dəyişikliyi ilə bağlıdır.

“Fəsildən fəslə keçəndə insan orqanizminin müqaviməti ona uyğunlaşır. Bəzi adamlarda bu uyğunlaşma getmir. Müdafiə qüvvəsi zəifləyir. Bu zaman insanda soyuqdəymə, temperaturun yüksəlməsi baş verir. Bəzən bunu virus da adlandırırlar”.

Baş terapevt belə hallar müşahidə olunduqda həkimə müraciət olunmasını məsləhət görür.  Yaqub Qurbanov soyuqdəyməyə yoluxanların antibiotikdən istifadəsini düzgün saymır.

“Antibiotiklərdən istifadə belə hallarda həmişə səmərəli olmur və bəzən də ağırlaşmalara səbəb olur. Hazırda Azərbaycanda hər hansı qrip epidemiyası müşahidə olunmur və belə təhlükə gözlənilmir”.

Qeyd edək ki, son günlər havaların soyuq keçməsi nəticəsində qripə yoluxanların sayı artıb.

Bu isə əhali arasında epidemiyanın yayılması ilə bağlı narahatlığa yol açıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam