Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Leyla və Arzu Əliyeva yoqa seminarında -FOTOLAR

Leyla və Arzu Əliyeva yoqa seminarında - FOTOLAR

“YARAT” Müasir İncəsənət Mərkəzində “Yoqanın biopsixologiyası” adlı seminar keçirilib.

Yenixeber.org: “YARAT”dan verilən məlumata görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevavə Arzu Əliyeva seminarda iştirak ediblər.

Açarya Sadananda Avadhuta tərəfindən həyata keçirilən seminar zamanı şüurun vücudla olan əlaqəsini nəzərdən keçirməklə yanaşı, vəzi və hormonların xarakterimizə, davranışımıza, əhvalımıza necə təsir etdiyindən danışılıb.

Hormonlar bizim duyğularımıza nəzarət edir. Əgər vəzilər düzgün tənzimlənməyibsə və hormonları həddindən artıq və ya az miqdarda törədirsə insan ruh düşkünlüyündən əziyyət çəkir, depressiyaya uğrayır. Yoqa – vücud və xasiyyəti harmonik idarə etməyi öyrədir. Bu, mənəvi, fiziki və zehni sahələrdə daha da sürətli inkişaf etməyə imkan verir.

Açarya Sadananda Avadhuta 17 min saatdan çox meditasiya təcrübəsinə malikdir. On beş ildə 12 min insana yoqa və meditasiyanın əsaslarını öyrədib, 40-a yaxın yoqa üzrə təlimatçı hazırlayıb. O, 3 il İsveç və Hindistan yoqa monastırlarında yaşayıb. Hər il bir çox ölkələrdə yoqa seminarları keçirir. Onun təşəbbüsü və təşkilatçılığı ilə Altayda (Rusiya) tutumu 500 nəfər olan Mənəvi İnkişaf və Təbii Müalicə Mərkəzi inşa olunub. Pulsuz onlayn yoqa və meditasiya kursunun təsisçisidir.











Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam