Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Azərbaycanda iki Ay tutulması müşahidə ediləcək

Azərbaycanda iki Ay tutulması müşahidə ediləcək

 

Azərbaycanda 2018-ci ildə iki Ay tutulması müşahidə olunacaq

 

Yenixeber.org: Bunu açıqlamasında AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov deyib.

Onun sözlərinə görə, tutulmalar mərkəzi tutulmalar adlanır: “Yəni, tutulma yer kürəsinin ekvatoru hissəsindən baş verəcək ki, bu zaman Ay yerin ekvatorial zonasında olacaq. Belə olan halda Ay yer kürəsinin kölgəsinin mərkəzindən keçəcək. Ona görə də buna mərkəzi tutulma deyilir”.

X.Mikayılov ilk Ay tutulması hadisəsinin yanvar ayının 31-də, saat 15:48:27-də başlayacağını bildirib: “Tam tutulmanın başlanması saat 16:51:47-də olacaq ki, bu zaman ayın səthi tam tutulacaq. Proses saat 18:07:51-də sona çatacaq. Tam tutulma hadisəsi 1 saat 16 dəq davam edəcək. Bu müddətdə Ayın səthi tam qaranlıq formada olacaq. Yəni, Ay qızarmış formada görünəcək”.

Rəsədxana rəsmisi qeyd edib ki, tutulmanın sonu, yəni Ayın səthinin yavaş-yavaş açılmağa başlaması və tutulmanın tam sona çatması prosesi saat 19:11:11-də olacaq: “İlk Ay tutulması hadisəsi Azərbaycan ərazisi üçün saat 18:00-dan etibarən Ay doğduqdan sonra Ayın səthinin aşağı hissədən yavaş-yavaş açılmağa başlaması kimi müşahidə ediləcək. Bu da o demək ki, ilk tutulmanı tam şəkildə Azərbaycanda müşahidə etmək mümkün olmayacaq. İnsanlar bunu Qazaxıstan, Monqolustan və üzü Yaponiyaya doğru şərq istiqamətindəki ölkələrdə görə biləcəklər”.

O əlavə edib ki, ölkədə ikinci Ay tutulması iyulun 28-də müşahidə olunacaq: “Təbiət hadisəsi saat 22:24:27-də başlayacaq. Tam tutulmanın başlanması isə saat 23:30:15-ə təsadüf edəcək. Tam tutulma 01:13:11-də sona çatacaq. Tutulma hadisəsinin bütövlükdə sona çatması saat 02:19-də qeydə alınacaq və həmin vaxt Ayın səthi tam açılacaq. İkinci tutulma gecə saatlarında olduğu üçün prosesi Azərbaycanda da tamamilə müşahidə etmək mümkün olacaq”.  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam