Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

AMEA əməkdaşları üçün yeni yaşayış kompleksi salınır

 

Hazırda Abşeron rayonunun Saray qəsəbəsində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) əməkdaşları üçün yaşayış kompleksinin salınması üçün uğurlu addımlar atılır

 

Yenixeber.org: Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqının sədri Habil Qurbanovtəşkilatın VII qurultayında çıxışı zamanı deyib.

H.Qurbanov bildirib ki, son 5 ildə AMEA-ya məxsus olan, amma etinasızlıq nəticəsində digər təşkilatlar tərəfindən ələ keçirilən çoxlu sayda torpaq sahələri, elmi obyektlər geri alınıb.

O əlavə edib ki, son illərdə AMEA əməkdaşlarını ucuz qiymətə kənd təsərrüfatı məhsulları ilə təmin etməyə çalışırlar. Bu prosesin getdikcə genişləndiriləcəyini deyən H.Qurbanov qeyd edib ki, Akademiya şəhərciyində bu məhsulların satışını təşkil etmək üçün mağaza açılması zərurəti yaranıb:  "Ümid edirəm ki, yaxın zamanlarda AMEA-nın İşlər İdarəsi ilə bu məsələni həll edəcəyik. Eyni zamanda, Akademiya əməkdaşları üçün poliklinikanın yaradılması məsələsi də öz həllini tapacaq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam