Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu

 

Bakı və Abşeron yarımadasında noyabrın 15-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək

 

Yenixeber.org: ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 10-13° isti, gündüz  15-18° isti olacağı gözlənilir.

Bakıda gecə  11-13° isti, gündüz  15-17° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 767  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü, iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11° isti, gündüz 15-20° isti, dağlarda gecə 2-7° isti, gündüz 9-14° isti olacağı gözlənilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam