Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Qış mövsümünə bizi hazırlayan qidalar– SİYAHI

Qış mövsümünə bizi hazırlayan qidalar

 

Qış mövsümünə hazırlaşmaq o qədər də çətin deyil. Bunun üçün sadəcə düzgün qaydalara əməl etmək lazımdır

 

Yenixeber.org: Qış mövsümünə orqanizmi hazırlayan qidaların siyahısını təqdim edir.

Payız mövsümündə orqanizmi qışa hazırlamaq çox vacibdir. Bu səbəbdən həkim-dietoloqlar qida rasionuna bəzi qidaları daxil etməyi məsləhət görürlər. Bu qidalar orqanizmin müdafiə funksiyasını aktivləşdirir və soyuqdəymə xəstəliklərinə qarşı müqaviməti artırır.

1.Balqabaq

Balqabaq əvəzedilməz payız qidası sayılır. Əla antioksidantdır.  İmmunitet sisteminə və həzm prosesinə müsbət təsir edir.

2.Qoz-fındıq

Tərkibində yağlı turşular olsa da, tərkibi vitaminlə çox zəngindir.

3.Göbələk

Göbələk qışda yağlı ət növlərinin əla əvəzedicisi ola bilər. Göbələyin tərkibi zülal və kaliumla çox zəngindir. Bu maddələr isə ürəyin fəaliyyəti üçün önəmlidir.

4.Çaytikanı

Qida rasionuna çaytikanı giləmeyvəsi də əlavə etmək lazımdır. Çünki vitaminlə o qədər də zəngin olmayan bu meyvə qışda virusların hücumuna qarşı əla vasitə sayılır.

5.Bolqar bibəri

Müdafiə mexanizmini yaxşılaşdırmaq üçün soyuqların düşməsi ilə bərabər bolqar bibəri qəbul etmək lazımdır. Bibərin tərkibi C  vitamini və askorbin turşusu ilə zəngindir.

6.Alma

Alma orqanizm üçün məhz qış aylarında lazımdır. Çünki almanın tərkibində immuniteti gücləndirən C vitamini, qanın tərkibini yaxşılaşdıran dəmir var. Bundan başqa alma əla antioksidant sayılır.

7.Kələm

Kələmin tərkibində kifayət qədər çox C vitamini var. Bundan başqa kələm həzm sistemi və ümumi orqanizm üçün faydalıdır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam