Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Tərtərdə məmur həyacanı!

 

Mərkəzi Xəstəxana ilə “Epidbiomed” MMC arasındakı 240 min manatlıq əməliyyat necə nəticələnib?

 

     “Xeberinfo.com”: Məlum olduğu kimi Prezident İlham Əliyev may ayının əvvəlində Müstəqim Məmmədovu Tərtər rayon icra hakimiyyətinin başçısı təyin etdi. Qeyd edək ki, Müstəqim Məmmədov həmin dövrə kimi Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Aparatında başçının müavini-Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsini tuturdu və bu şəxsi yaxından tanıyanlar onun işgüzarlığından məmuniyyətlə danışırdılar. Görünür, onun Tərtər rayon icra hakimiyyətinin başçısı təyin edilməsində də bu faktor önəmli rol oynayıb.

   Məlumata görə Müstəqim Məmmədov Tərtər rayon icra hakimiyyətinin başçısı təyin ediləndən sonra yerli məmurların əvvəlki rahatlıqları pozulub. İcra başçısnın xüsusilə sosial sahəyə diqqət ayırması, səhiyyə xidmətinin səviyyəsinin qaneedəcək səviyyədə olmamasından narazılığını bildirməsi haqqında məlumatlar var. Rayondan “xeberinfo.com”a daxil olan məlumata görə icra başçsıı Müstəqim Məmmədov rayon sakinlərinin müalicə və əməliyyat üçün qonşu rayonların səhiyyə müəssislərinə üz tutmasının səbəblərinin araşdırması ilə bağlı göstəriş verib. İcra başçısı rayonun tibb müəssisələrində xəstələrə pulsuz dərmanların verilib-verilməməsi məsələsinin də araşdırılmasını tapşırıb. Bu zaman isə üzə çox ciddi faktlar çıxıb. Məlum olub ki, Tərtər rayon Mərkəzi xəstəxanasında və digər səhiyyə ocaqlarında xəstələr dərmanları öz hesablarına almaq məcburiyyətində qalırlar. Bu haqda məlumat icra başçısına verildikdən sonra məsələnin daha dərindən araşdırılması qərara alınıb. İcra başçısı ona verilən məlumat əsasında Mərkəzi xəstəxana ilə “Epidbiomed” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında olan əməliyyatın da araşdırmasını tapşırıb. Məlumata görə Tərtər rayon Mərkəzi xəstəxanası ilə “Epidbiomed” Məhdud Məsuliyyətli Cəmiyyəti arasındkı işbirliyi nəticəsində 240 min manata yaxın büdcə vəsaiti bu MMC-nin hesabına köçürülüb. Qarışılığında “Epidbiomed” Məhdud Məsuliyyətli Cəmiyyəti isə Tərtər rayon Mərkəzi xəstəxanasına bu məbləğ dəyərində dərman preparatları və sarğı ləvazimatları göndərməli imiş. Ancaq bu gün həmin dərman preparatlarının və sarğı ləvazimatlarının taleyindən kimsənin xəbəri yoxdur. Məlumata görə hal-hazırda icra başçısı Müstəqim Məmmədov bu məsələnin araşdırılmasını şəxsi nəzarətinə götürüb. Redaksiyamıza bu əməliyyatlarla bağlı ciddi faktlar daxil olub. Hələlik müəyyən yanlışlıq olar deyə geniş yazmırıq.

   Məsələ ilə bağlı Tərtər rayon Mərkəzi Xəstəxanasından mövqe öyrənmək cəhdlərimiz nəticə vermədi. Yazıda adları hallanan tərəfləri də dinləməyə hazırıq.

 

 

 

   Rəsul


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam