Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Facebook” siyasi reklamları nəzarətə götürür

“Facebook” siyasi reklamları nəzarətə götürür

 

“Facebook” siyasi reklam sifarişçiləri barədə operativ şəkildə informasiya əldə etməyə imkan verən yeni mexanizmi sınaqdan keçirir

 

Yenixeber.org: Bunu sosial şəbəkənin qurucusu və rəhbəri Mark Zukerberq deyil. O bildirib ki, şirkət sosial şəbəkədə reklam yerləşdirməyin yeni qaydaları üzərində işləyir və əsas dəyişikliklər siyasi reklamlarla bağlı olacaq. “Siyasi reklamları verənlərin identifikasiyası üçün onlar özləri barədə daha çox informasiya verməli olacaq. Daha sonra onlar ödənişi kimin etdiyini açıqlamalıdır”, - deyə Zukerberq söyləyib.

“Facebook” qeyri-siyasi reklamlar sahəsində də şəffaflığa nail olmağa çalışacaq. Tezliklə sosial şəbəkədə yeni funksiya işə salınacaq ki, onun vasitəsilə istifadəçilər seçdikləri səhifələrin hansı reklamları sifariş etdiyini öyrənə biləcəklər. Siyasi reklamları verənlərin səhifələrində isə roliklərin yerləşdirilmə tarixçəsi və qiyməti, eləcə də reklamların hansı auditoriyaya yönəldiyini və kommunikasiyanın effektivliyini öyrənmək mümkün olacaq.

“Facebook” moderatorların sayını 1000 nəfər artıracaq və siyasi reklamların müəyyənləşdirilməsi üçün maşın təlimindən istifadə edəcək.

Qeyd edək ki, “Facebook” administrasiyası sentyabr ayında son 2 il ərzində sosial şəbəkədə Rusiyaya bağlı səhifələrin siyasi xarakterli reklamlar yerləşdirdiyini bildirib. Reklamlar xüsusən ABŞ-dakı prezident seçkiləri ərəfəsində yayılıb. Məlum olub ki, 2015-ci ilin iyunundan 2017-ci ilin mayına qədər 470 səhifə vasitəsilə 100 min dollarlıq reklam-elan yerləşdirilib. “Facebook” bu barədə məlumatları ABŞ Konqresinə təqdim edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam