Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Dilçilik İnstitutu Terminologiya Komissiyasının təkliflərini darmadağın etdi:“Onun lüğətdən xəbəri yoxdur”

 

“Sayalı Sadıqovanın indi təklif etdiyi bir neçə sözü mən 2004-cü ildə tərtib etdiyimiz Orfoqrafiya lüğətinə daxil etmişəm. Elə dildə artıq vətəndaşlıq hüququ qazanan “yükləyici” sözü də "Orfoqrafiya" lüğətində var. 2016-cı ildə buraxdığımız “Sözlər və yeni mənalar” kitabımda da var bu sözlərin hamısı. Mənim təkliflərimi o kitabdan götürüb öz adına təklif kimi niyə verir?”

 

Yenixeber.org: Bu sözləri filoloq-alimi, filologiya elmləri doktoru, professor, AMEA Dilçilik İnstitutunun Orfoqrafiya lüğəti şöbəsinin rəhbəri İsmayıl Məmmədov Terminologiya Komissiyasının sədr müavini, filologiya elmləri doktoru Sayalı Sadıqovanın bəzi alınma sözlərin qarşılığı kimi səsləndirdiyi təkliflərə münasibət bildirərkən deyib.

Professor bildirib ki, Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqovanın təklif etdiyi sözlərin əksəriyyəti çoxdan lüğətə salınıb: “Biz “mesaj” sözünün vətəndaşlıq qazandığını nəzərə alaraq, “ismarış” sözünün təxminən sinonimi kimi çoxdan lüğət fonduna daxil etmişik. Sayalı Sadıqova isə indi “mesaj” sözünün qarşılığı kimi “ismarış” sözünü təklif edib. Bu hansı məntiqə uyğundur, ay Sayalı xanım?”

Ümumişlək statuslu olduğu üçün 15 il əvvəl lüğət fonduna daxil edilən bir sözün dəyişdirilməsi təşəbbüsünün elmə və dilçiliyə nə qədər aid olub-olmaması barədə sualı isə İ.Məmmədov belə cavablandırıb: “Hərə öz səviyyəsinə uyğun açıqlama verir. Siz onun dediklərinə əhəmiyyət verməyin!”

Professor qeyd edib ki, dilə yeni gələn sözlərlə bağlı təkliflərin vaxtaşırı olaraq verilməsi çox vacib və gərəkli işdir: “Ancaq məhz yeni gələn sözlə bağlı – əgər dildə qarşılığı varsa, onu tövsiyə etmək, qarşılığı yoxsa, Azərbaycan dilinin prinsiplərinə, imkanlarına və yaxud dilimizin daxil olduğu dil qrupuna uyğun təkliflər irəli sürmək yaxşı təşəbbüsdür. Ancaq yeni sözlərlə bağlı bu qədər problem qaldığı halda Azərbaycan dilinin normalarına uyğun olan, artıq qəbul edilmiş bir sözü sinonimi ilə əvəzləmək təklifi alimə yaraşmaz. “Proqnoz” sözü 40 ildir dilimizdə işlənir, bu sözün qarşılığı olaraq “öncəgörmə” təklifi edib. Belə çıxır ki, onun lüğətdən xəbəri yoxdur”.

İ.Məmmədov bildirib ki, özünü dilçi alim hesab edən, Terminologiya Komissiyasının sədr müavini olan insan yeni söz təklif etməlidir: “Dilçi alimdirsə, yeni söz təklif etməlidir. Lüğətdə mövcud olan sözü necə təklif etmək olar? Bu dilçilik elminə həqarətdir. S.Sadıqova hətta “ismarış” sözünün yazılma qaydasını da bilmir. Bu söz “ismarıc” deyil, “ismarış”dır. Sonluq “ş” hərfidir. “İsmarlamaq”dır sözün kökü. “İsmarlamaq” – “ismarış”, “göndərmək” – “göndəriş” və s. – iş4 şəkilçisi ilə düzələn isimlərdir”.

Qeyd edək ki, bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığı Nazirlər müəyyənləşdirilərək, Kabineti yanında Terminologiya Komissiyası tərəfindən təklif edilib. Komissiyanın sədr müavini Sayalı Sadıqova bu barədə danışıb. O, Azərbaycanda dilində qarşılığı təklif edilən sözlərin siyahısını açıqlayıb: ““Zaryadka” – “yükləmə”, “adapter” – “yükləyici”, “embarqo” – “qadağa”, “evakuasiya” – “köçürülmə”, “proqnoz” – “öncəgörmə”, “konsensus” – “yekdillik”, “kserokopiya” – “üzçıxarma”, “like” – “bəyənmə”, “mesaj” – “ismarıc” kimi təsdiqlənib”.(kult.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam