Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Bakı Metropoliteni sərnişinlərə xəbərdarlıq etdi

Bakı Metropoliteni sərnişinlərə xəbərdarlıq etdi

 

"Metroda qapıları saxlayıb qatarın hərəkətinə mane olan kifayət qədər sərnişin var"

 

Yenixeber.org: Bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

O bildirib ki, gün ərzində metrodan 700 mindən çox sərnişin istifadə edir: "Xüsusilə pik saatlarda qatarın qapılarının sərnişinlər tərəfindən saxlanması məsələsinə nəzarət etmək çox çətindir".

N.Paşayevin sözlərinə görə, sərnişinlər özləri qapıları saxlamaqla həm qrafiki pozduqlarını, həm də qapılara zərər yetirdiklərini başa düşməlidirlər: "Başa düşürük ki, pik saatlarda sərnişin çox olur, hamı qatara minmək istəyir. Ancaq nəzərə almaq lazımdır ki, qapı saxlamaq çıxış yolu deyil".

Şöbə rəisi qeyd edib ki, qatarın qapısının saxlanmasına görə İnzibati Xətalar Məcəlləsində 50 manat cərimə nəzərdə tutulub: "Bu məsələyə polis nəzarət edir".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam