Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

"İdeal inşaat"a qarşı 5 milyon manatlıq məhkəmə iddiası

"İdeal inşaat"a qarşı 5 milyon manatlıq məhkəmə iddiası

 

"The Baku Group Ltd" MMC "İdeal-İ İnşaat" MMC-ni məhkəməyə verib

 

Yenixeber.org:  2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən "The Baku Group Ltd" MMC podrat müqaviləsinin ləğv edilməsi, sənədlərin əslinin və binaların idarəçiliyinin təhvil verilməsi barədə tələb irəli sürüb.

Həmçinin şirkətin iddiasında ümumi tikilən və satışa yararlı olan sahənin "The Baku Group Ltd" MMC-nin payına düşən 25% hissəsinin proporsional qaydada verilməsi, əgər həmin sahələr satılıbsa, satışdan əldə olunan pul məbləğinin və 5 milyon manat pul vəsaitinin, 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasını məhkəmədən istəyib.

"İdeal-İ İnşaat" MMC isə qarşılıqlı iddia tələbi irəli sürüb. Belə ki, şirkət inşa edilmiş çoxmərtəbəli yaşayış binaları üzərində "The Baku Group Ltd" MMC-nin sahiblik, istifadə hüquqlarının olmaması, ərazidə tikinti işlərinin aparılmasına müdaxilə etmələrinin qadağan olunmasını tələb edib.

Məhkəmənin çıxardığı qətnaməyə əsasən, ilkin iddia qismən təmin edilib, "İdeal-İ İnşaat" MMC-nin qarşılıqlı iddiası isə təmin edilməyib.

Məhkəmə qərarından narazı qalan "İdeal-İ İnşaat" MMC apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam