Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Dərsliklərin qiymətləndirilməsi üçün ekspertlər axtarılır

Dərsliklərin qiymətləndirilməsi üçün ekspertlər axtarılır

 

Azərbaycanda orta məktəb dərsliklərinin qiymətləndirilməsi sahəsində ekspert xidmətləri tələb olunur

 

Yenixeber.org: Dərsliklərin qiymətləndirilməsi "Dərslikləri qiymətləndirmə meyarları"na əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanında fəaliyyət göstərən Dərslikləri Qiymətləndirmə Şurası tərəfindən həyata keçirilir. 

Şura müstəqil qurumdur və əsas funksiyası ümumtəhsil məktəblərində istifadə ediləcək dərslik komplektləri (DK) üzrə ekspert qrupları formalaşdırmaqla, onların qiymətləndirilməsi prosesini təşkil etməkdir. Seçilmiş ekspertlər dərslik komplektinin dövlət standartlarına və təhsil proqramına (kurikuluma) uyğunluğunu, elmi etibarlılığını, pedaqoji yanaşmalarını, bədii tərtibatını və dizaynını, dil və yazı üslubunu qiymətləndirəcəklər.

Ekspert xidmətləri ibtidai təhsil səviyyəsinin "Azərbaycan dili" (tədris dili kimi), "Həyat bilgisi", "Познание мира", "Технология", "Изобразительное искусство", "Музыка", "Русский язык" (tədris dili kimi), "Русский язык" (xarici dil), "Riyaziyyat", "Математика", "Информатика" dərslikləri üzrə tələb olunur. Ümumi və tam orta təhsil səviyyəsinin "Русский язык" (tədris dili kimi), "Русский язык" (xarici dil), "Литература", "Riyaziyyat", "Математика", "Информатика", "История Азербайджана", "Ümumi tarix", "Всеобщая история", "Həyat bilgisi", "Познание мира", "Физика", "Химия", "География", "Biologiya", "Биология", " Физическое воспитание", "Технология", "Изобразительное искусство", "Музыка", "Допризывная подготовка" dərslikləri üzrə tələb edilir.

Namizədlər oktyabrın 31-dək aynure.hesenova@edu.gov.az elektron poçtuna elektron qaydada müraciət edə bilərlər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam