Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Qanunsuz ov edən şəxslər cərimə olundu

Qanunsuz ov edən şəxslər cərimə olundu

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən “Ovçuluq haqqında” və “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə əməl olunması vəziyyətinin araşdırılması, çöl quşlarının və vəhşi heyvanların qanunsuz ovlanması hallarının qarşısının alınması məqsədilə ölkə ərazisində növbəti reyd keçirilib

 

Yenixeber.org: ETSN-in mətbuat xidmətindən verilən məlumata görə, keçirilən reyd zamanı Şabran rayonu ərazisində, “Ağzıbir” ovçuluq təsərrüfatının Xəzər dənizi sahil zolağında qanunsuz ov edən Cəlilabad rayon sakini Aqil Abdullayev, Şabran şəhər sakini Sadiq Həmzəyev və Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı Sulaiman Mohammad Hassan Fakher saxlanılıb. Onlardan şahin quşunun tutulması üçün istifadə edilən ilgək, tor, gözlük kimi qadağan olunmuş ov alətləri və 10 göyərçin quşu aşkar edilərək götürülüb.

Faktla bağlı təqsirkar şəxslər barəsində qanunvericiliyə uyğun qaydada protokollar tərtib edilib və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, hər biri 1000 manat məbləğində cərimə olunub, qadağan olunmuş ov alətləri məhv edilib və göyərçin quşları təbiətə buraxılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam