Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Fikrət Hüseynli həbs olundu,Elşad Abdullayev onu ittiham etdi

Eks rektor Fikrət Hüseynlini fırıldaqçı və miqrant alverçisi adlandırıb

Yenixeber.org: Fransada mühacir həyatı yaşayan Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev jurnalist Fikrət Hüseynlinin həbs olunmasına münasibət bildirib. Eks-rektor Fikrət Hüseynlini fırıldaqçı və miqrant alverçisi adlandırıb. Həmçinin o, “Fikrət Hüseynlini müxalifətçi pərdəsi adı altında Azərbaycanda adam oğurluğu ilə məşgul olan mütəşəkkil cinayətkar şəbəkənin yanında gördük, onun tərəfində oldu” cümləsini yazıb.

Daha sonra sabiq rektor mövqeyini bu cür ifadə edib:“Biz hesab edirdik ki, Fikrət Hüseynli Avropaya mühacirət edəndən sonra Bakıdakı pis vərdişlərindən əl çəkər. Lakin Avropadakı müşahidələrimizdən bizə bəlli oldu ki, o, Bakıdakı pis əməllərindən nəinki əl çəkib, əksinə, daha sosial təhlükəli cinayətlər edir”.

E.Abdullayev həmçinin Fikrət Hüseynlini facebook “pəhləvanı” adlandıraraq, onu ayrı-ayrı adamlara qara yaxmaqda suçlayıb: “... Bu adamdan Avropada azərbaycansayağı sifarişli qarayaxmadan və reketçilikdən başqa heç bir şey görmədim. Hanı Fikrət Hüseynlinin analtik jurnalist araşdırmaları? Birini göstərə bilərmi? Ola bilməz. Adamın başı reketçiliyə və miqrant alverinə qarışıb”.

Keçmiş rektor F.Hüseynliyə qarşı qərəzli münasibət bəsləmədiyini, ümumiyyətlə, bu cür vərdişlərdən uzaq olduğunu yazıb. “Mənim Fikrət Hüseynli ilə heç bir düşmənçiliyim yoxdur, onunla işbirliyində olmamışam, heç bir qərəzli münasibətim yoxdur” deyən E.Abdullayev eyni zamanda Avropa qanunlarına görə, F.Hüseynlinin Azərbaycana ekstradisiya edilə bilməyəcəyini vurğulayıb: “Xatırlatmaq istəyirəm ki, sabah İnterpolun Fikrət Hüseynlini Kiyevdən Azərbaycana göndərməsindən asılı olmayaraq, bizim Fikrət Hüseynliyə münasibətimiz dəyişməz olaraq qalacaqdır. Onun barəsində obyektiv çoxsaylı ifşaedici məqalələr yazmışıq. Bunun da səbəbkarı özüdür, ”KQB"nin Avropaya yerləşdirmiş oldugu xəfiyyədir".

E.Abdullayev müraciətində həmçinin F.Hüseynli barəsində bəzi iddialar da səsləndirib. Onun dediyinə görə, F.Hüseynlinin adı bir çox cinayət xarakterli qalmaqallarda hallanır. E.Abdullayev iddia edib ki, jurnalist ləğv olunmuş keçmiş MTN nazirinin birinci müavini Hilal Əsədovun mediadakı KQB agenti, yerlisi və qohumudur: “MTN-in pandora qutusu açılsa, onun içərisindən Fikrət hüseynlilər çıxar. Belə adama jurnalist deməyə adamın dili də gəlmir. Bu adam həm Azərbaycanda, həm də Avropada reketçiliklə məşğul olub. Tutalım Fikrət Hüseynli Azərbaycanda təzyiqlərə görə yaza bilmirdi. Bəs Avropada yaşadığı halda, Fikrətin bir jurnalist kimi analitik, araşdırmaçı yazılarını görən olubmu? Fikrətin insan haqları barədə yazılarını görən olubmu? Xeyr, heç kəs görə bilməz. Fikrət, sadəcə, ona və dəstək verdiyi siyasi dairələrə alternativ müxalifətçiləri hədəfə götürüb”.

Image result for Elşad Abdullayev

F.Hüseynli həbsdə olduğu üçün bu iddialara ondan münasibət öyrənə bilmədik. Amma “Yeni Müsavat” xatırladır ki, onlar arasında yaranan gərginlik bir neçə ay öncə F.Hüseynlinin yazdığı bir statusdan sonra daha da alovlanmışdı. Jurnalist iddia etmişdi ki, Fransavf mühacir həyatı yaşayan  E.Abdullayevə verdiyi sığınacaq müddətini uzatmaqdan imtina edib. Onun sözlərinə görə, Fransa hökuməti Elşad Abdullayevə verdiyi 1 illik sığınacaq müddətini uzatmayıb. E.Abdullayev də vəziyyətdən çıxmaq üçün əvvəlcə psixi xəstə adı ilə sığınacaq almağa cəhd göstərib, lakin buna inanmayıblar.

“Ona görə də indi bir sayt açıb və jurnalist kimi özünü fransızlara təqdim edib status almaq istəyir”, - deyə F.Hüseynli keçmiş rektoru saxtakarlıqda ittiham edib.

Elə həmin vaxt E.Abdullayev də bu ittihamın yalan olduğunu, heç nəyə əsaslanmadığını deyərək, F.Hüseynlini reketlikdə ittiham etmişdi.

Bir müddət əvvəl isə Fikrət Hüseynlinin mühacir biznesi ilə məşğul olmasına dair bir sıra səs yazıları, sənədlər və onu ittiham edən şəxslər ortaya çıxmışdılar.

Sevinc TELMANQIZI


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam