Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Bal yarmarkası başlayır:əsl malı necə tanıyaq?

Kibritlə balı yandırmağa çalışın, əgər yanmasa...

Yenixeber.org: Bakıda keçiriləcək bal yarmarkasında iştirak etmək üçün 324 arıçı qeydiyyatdan keçib. Bu barədə mətbuata açıqlama verən Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib. Assosiasiya sədri builki yarmarkada iştirakçıların sayının artdığını bildirib: “Ötən il yarmarkada 256 arıçı iştirak etmişdisə, bu il onların sayı 324 nəfərə çatıb. Hazırda yarmarkaya təqdim edilən balların keyfiyyət təhlili aparılır. İştirakçılardan 20 faizinin təqdim etdiyi balın keyfiyyəti standartlara cavab vermir. Fikrimcə, bu il yarmarkada 300 tona yaxın bal təqdim olunacaq”.

Ötən il yarmarkada 71,7 ton, 2015-ci ildə 250 ton bal təqdim olunmuşdu.

B.Həsrətov onu da qeyd edib ki, alıcılar yarmarkada aldıqları balın keyfiyyətini yoxlaya bilərlər: “Yarmarkada alınan məhsulun keyfiyyətini yoxlamaq üçün xüsusi laboratoriya quraşdırılacaq. Balı alan müştərilər bu laboratoriyada məhsulu yoxlaya bilərlər”.

Qeyd edək ki, arıçılıq məhsullarının sərgi satış yarmarkası Bakıda 25 gün keçiriləcək. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, oktyabrın 10-dan noyabrın 5-dək Xətai rayonu, Nobel prospekti 23 ünvanında AMAY ticarət mərkəzində arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası təşkil ediləcək.

Yarmarkada iştirak etmək istəyən arıçılar öz məhsullarını artıq müvafiq ünvana təhvil veriblər. Yalnız qeyd olunan müddətdə anbara təhvil verilmiş və Respublika Baytarlıq Laboratoriyasında müayinə olunmuş məhsullar yarmarkada satışa çıxarılacaq.

İndi hər kəsi maraqlandıran bir sual var, əsl balı necə tanıyaq, necə ayırd edək ki, aldanmayaq. Mütəxəssislər bunun bir neçə yolu olduğunu deyirlər. Arıçıların bir qismi balların təmiz olduğunu yoxlamağın bu cür tərifini verirlər. Belə ki, əgər bal olan bankanı günəş şüası altına qoysanız, banka qırılacaq. Çünki günəş şüası bankadan keçə bilmir. Saxta bal isə günəş şüasını asanlıqla qəbul edərək alışır. Bu, təbii balı saxtadan ayıran əsas xüsusiyyətlərdən biridir. Bundan başqa, həqiqi bal soyuq mühitlərdə şəkərlənir (el arasında xarlanır deyilir); saxta bal şəkərlənmir. Həqiqi balın çox xüsusi bir qoxusu olur. Balı kəsərkən, saxlama qabını açıb-bağlayarkən bu qoxu daha tez hiss edilir. Həqiqi bal qlükozalı bala görə daha qatıdır. Əsl bal şərbət kimi həddindən artıq şirin deyil. Qlükozalı bal isə daha şirin olur. Bal ağıza alındığında orqanizmin adekvat maddələr ifrazı ilə bir neçə növ dad alınır. Süni ballarda isə orqanizm belə müxtəlif ağız suyu ifraz edə bilmir və bir dad olur. Balı şkafda saxlama üsulu doğru deyil. Quruluşu etibarı ilə hər vaxt nəmi çəkər. Üzərində təbəqə meydana gələr. Sonra kristallaşar. Bal olmayan məhsullar bu xüsusiyyəti göstərməz. Həqiqi balın xarici görünüşü qoz qabığı və ya buna bənzər boz rəngin tonlarında olar. Qlükozalı ballar isə daha açıq tonda, ağ rəngdə olar. Həqiqi bal çiçəklərinin növlərinə görə açıq bənövşəyi, sarı, açıq qırmızı və ya buzlu şüşə rənglərində və ya bu rənglərin dəyişik tonlarında ola bilər. Qlükozalı ballar isə açıq şüşə rəngində və daha şəffaf olar. Bir qaşığa bal qoyub oda tutduğunuzda həqiqi bal olduqca axıcı olar, dayanıqlıdır, gec yanar; qlükozalı bal isə tez yanar və kömürləşər. Eyni ölçüdə iki qaba tam süzülmüş həqiqi bal və qlükozalı bal qoyub ağırlıqlarını müqayisə etdiyinizdə, həqiqi balın daha ağır gəldiyini görəcəksiniz. Nizamlı bir şəkildə qəbul edildiyində həqiqi bal şəkər xəstələrində, şəkər dəyərini yalnız bir neçə dəfə bal yedikdə artıra bilər. Ancaq eyni miqdarda istifadə edilən qlükozalı bal şəkər xəstələrini komaya da sala bilər.

Əsl balı saxtasından ayırmağın üç sınanmış üsulu da olduğu deyilir. Belə ki, 1 stəkan suya bir neçə damcı yod əlavə edib qarışdırın. Sonra həmin suya qaşığın ucunda bal əlavə edin. Əgər o, mavi rəngə çalacaqsa, 100 faiz əmin ola bilərsiniz ki, aldığınız bal təbii deyil. Bir stəkan suya bir-iki damcı sirkə qatın. Sonra aldığınız baldan həmin stəkana əlavə edin. Əgər su köpüklənəcəksə, yenə də tam əmin ola bilərsiniz ki, aldığınız bal saxtadır. Gündəlik istifadə etdiyiniz kibritlə balı yandırmağa çalışın. Əgər bal yanmayacaqsa, demək, təbii və xalis deyil. Əsl bal yanmalıdır.

Bəzən min bir dərdin dərmanı adlandırılan bal, saxta olarsa, o, canımıza dərman yox, dərd də ola bilər və səhhətimizdə problemlərə yol aça bilər. Süni bal şəkər tozu və sudan düzəldilir. Təəssüflə qeyd etməliyik ki, keyfiyyətsiz təbii balı da süni yolla ərsəyə gətirmək mümkündür. Bunun üçün arıxanaya şəkər tozu qoyulur. Arı da çiçəklərlə deyil, həmin şəkər tozu ilə qidalanır və bal qoyur. Belə balı çiçəklərdən alınan baldan ayırmaq üçün dadına və rənginə diqqət etmək kifayətdir. Çiçəklərlə qidalanan arılardan alınan təbii balı yedikdə ağzı və boğazı yandırır. Şəkər tozu ilə qidalanan arılardan alınan bal isə boğazı qıcıqlandırmır, rəngi də ağımtıl olur. Bundan başqa, üzü ağ rəngdə olan pətəklər var ki, onlar da şəkər tozu ilə qidalanan arıların pətəkləridir.

Günel MANAFLI


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam