Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

O xəstəliyə görə... Bakıda iki körpə əməliyyat olundu


Bakıda iki körpə əməliyyat olundu

 

 

 Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında nadir cərrahiyyə əməliyyatı həyata keçirilib. Pilorostenoz xəstəliyindən əziyyət çəkən iki körpə əməliyyat olunub.

 

Yenixeber.org: ATU-nun Tədris Cərrahiyyə Klinikasının uşaq cərrahiyyəsi şöbəsinin müdiri, dosent Ramiz Poluxovun verdiyi məlumata görə, son 1 həftə ərzində “pilorostenoz” xəstəliyi diqanozu ilə klinikaya iki uşaq daxil olub. Uşaqlardan birində xəstəlik həyatının 52-ci günündə, digərində isə 9-10-cu günündə özünü biruzə verib. Nəticədə, hər iki uşaqda diaqnostik çətinlik olduğuna görə, klinikaya gecikmiş halda ağır hipotrofiya ilə daxil olub.

Qeyd edək ki, “pilorostenoz” qida borusunun kəskin daralmasıdır ki, bu zaman qida praktiki olaraq mədəyə daxil ola bilmir.

Həkim Ramiz Poluxovun dediyinə görə, xəstələrdən biri - bu il iyulun 19-da dünyaya gələn İsa Ağayev 3500 qr çəki ilə doğulub. Həyatının 52-ci gününədək böyümə və inkişafı kafi olub, çəkisi 5000 qrama qədər artıb:

"52-ci gün uşaqda fəvvarə şəkilli qusmalar başlayıb. Pediatr tərəfindən aparılan müalicələrə baxmayaraq, qusma davam edib və uşağın çəkisi 3800 qrama qədər azalıb. Sentyabrın 20-də uşağı ağır vəziyyətdə klinikamıza gətirdilər. Klinikamızda aparılan kliniki və rentgenoloji müayinələrə əsasən, uşağa "pilorostenoz” diaqnozu qoyuldu. Hazırlıqdan sonra ümumi anesteziya altında laproskopik “piloromiotomiya” əməliyyatı icra olundu. Əməliyyatdan 4 saat sonra xəstə qida qəbuluna başladıldı. İkinci sutkada xəstə kafi vəziyyətdə evə ambulator müalicəyə göndərilib”. 

Həkim bildirir ki, digər xəstə - Turan Qurbanlı avqustun 28-də 2300 qr çəki ilə doğulub, həyatının 9-10-cu günündə fəvvarəşəkilli qusmalar başlayıb və çəkisi 1850 qr-a qədər azalıb. Bu körpə sentyabrın 25-də ağır vəziyyətdə klinikaya gətirilib:

"Klinikamızda aparılan kliniki və rentgenoloji müayinələrə əsasən uşağa “pilorostenoz” diaqnozu qoyulub. Bu körpə üzərində sentyabrın 27-də “laproskopik piloromiotomiya” əməliyyatı icra olunub. Əməliyyatdan 4 saat sonra xəstə qidalandırılmağa başlanılıb. 3-cü sutkada o, kafi vəziyyətdə evə ambulator müalicəyə buraxılıb”. 

Həkim əlavə edib ki, pilorostenoz xəstəliyi özünü həm tez, həm də gec biruzə verə bilər. Əksər hallarda xəstəyə vaxtında düzgün diaqnoz qoyulmadığından, onlar ağır dərəcəli “hipotrofiya” ilə həkimlərə müraciət edirlər. “Pilorostenoz” cərrahi xəstəlikdir və müalicəsi yalnız cərrahi üsulla mümkündür:

“Əməliyyat açıq və laproskopik yolla icra edilə bilər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam