Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

XDMX "Windows" istifadəçilərinə xəbərdarlıq edib

 

 

"Cisco Talos"un mütəxəssisləri "Windows" əməliyyat sistemi ailəsinin optimallaşması və "təmizlənməsi" üçün nəzərdə tutulmuş məşhur "Ccleaner" tətbiqi ilə əlaqəli xoşagəlməz insident haqda xəbərdarlıq ediblər.

 

 

Yenixeber.org: 
Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən verilən məlumata görə, tədqiqatçıların məlumatlarına əsasən, naməlum xakerlər 15.08.2017-ci ildən 12.09.2017-ci ilədək tətbiqə nüfuz edərək "Floxif" troyanını yaymağa müvəffəq olublar. Mütəxəssislər bildirirlər ki, "CCleaner 5.33"-ün rəsmi versiyası ilə tanış olarkən tətbiqin şübhəli domen ilə əlaqələndiyini müşahidə ediblər. Məlum olub ki, buna yalnız 32 bitlik sistemdə inzibatçı uçot qeydi ilə işləyən "Floxif" troyanı məsuliyyət daşıyır. Troyan yoluxmuş kompüter haqqında (sistem haqqında informasiya, işə salınmış proseslər, şəbəkə qurğularının MAC ünvanları və s.) bütün məlumatları toplayır və onları hakerlərə məxsus serverə yollayır. Bununla da 2,27 milyon istifadəçinin şəxsi məlumatları hakerlərin əlinə keçib.

Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin tərkibində fəaliyyət göstərir - red.) yoluxub yoluxmamağınızla bağlı aşağıdakı tövsiyəni edir:

 

Reyestrdə "HKEY_LOCAL_MACHINESOFTWAREPiriformAgomo" taparaq "MUID" və "TCID" elementlərinin mövcudluğunu yoxlamaq lazımdır. Əgər tapsanız bu "Floxif" yoluxmasının əlamətidir. (apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam