Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Mərakeş Krallığının bir qrup gəncləri ilə görüş keçirilib-Nərimanov rayonunda

 

bitmap-img6

Azərbaycan Respublikasının və Mərakeş Krallığının Gənclər və İdman Nazirliklərinin birgə imzaladığı əməkdaşlıq protokoluna (gənclər mübadiləsi) uyğun olaraq, 30 avqust – 09 sentyabr 2017-ci il tarixlərində gənclərdən ibarət Mərakeş Krallığının nümayəndə heyəti ölkəmizdə səfərdədir

 

Yenixeber.org:Səfər çərçivəsində 08 sentyabr 2017-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətində Nərimanov rayonun bir qrup gəncləri ilə Mərakeş Krallığının nümayəndə heyətinin görüşü keçirilib.
Görüşdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, YAP Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzov, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin məsul əməkdaşı Vüsal Kərimov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tələbə-Gənclər Təşkilatının sədri İlkin Həsənov, Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Rəsul Həşimov, Azərbaycan Kooperasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov, “Odlar Yurdu” Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Səbinə Fərmanova, “Təfəkkür” Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Sakit Orucov və 8 nəfər Mərakeş Krallığının fəal gəncləri iştirak etmişlər.
Görüşdə çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, YAP Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzov qonaqları salamlamış, ölkəmizdə həyata keçirilən uğurlu gənclər və idman siyasəti, onun nəticələri barədə, ölkədə  kütləvi  idmanın geniş vüsət almasından məlumat verərək Azərbaycanda yürüdülən uğurlu daxili və xarici siyasətdən danışmışdır.
Natiq qeyd etmişdir ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən inkişaf strategiyası bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu isə özlüyündə qətiyyət faktorudur, əlbəttə ki, bütün bunlar Azərbaycanın Cənubi Qafqaz regionunda ən güclü dövlətə, eləcə də dünyada öz sözünü deyə bilən ölkəyə çevrilməsinə zəmin yaradıb. Bu gün ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin fonunda ölkəmiz bir çox uğurlara imza atıb. Hazırda respublikamız Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində özünün nadir inkişaf dövrünü yaşayır və iqtisadi potensialını ilbəil artırır. İstənilən ölkədə, bir cəmiyyətdə inkişafı şərtləndirən əsas amillər siyasi iradə, davamlı islahatlar və xalqın həyata keçirilən siyasətə dəstəyidir. Azərbaycanda bu şərtlərin hamısı mövcuddur. Qarşıda yeni planlarımız, yeni ideyalarımız var. Bütün bunların əsasında isə əlbəttə ki, ilk növbədə, Azərbaycanın daha da inkişafına nail olmaq, əhalinin daha yaxşı yaşamını təmin etmək məqsədi qarşıya qoyulub. 
Sonra çıxış edən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tələbə-Gənclər Təşkilatının sədri İlkin Həsənov, Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Rəsul Həşimov, Azərbaycan Kooperasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov, “Odlar Yurdu” Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Səbinə Fərmanova, “Təfəkkür” Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Sakit Orucov İdarə tərəfindən yaradılan şəraitə, tələbə-gənclər təşkilatları ilə yaranmış sıx əməkdaşlığa görə öz minntədarlıqlarını bildirmişlər. Qeyd etmişlər ki, ölkəmizin haqq səsini dünyaya bəyan edən, mötəbər beynəlxalq yarışlarda uğurlar qazanaraq üçrəngli bayrağımızı yüksəyə qaldıran şəxslər məhz Azərbaycan gəncləridir.
Daha sonra Mərakeş Krallığının gəncləri yaradılan şəraitə görə təşəkkürlərini birldirdilər, səfərlərinin məqsədini nəzərə çatdırdılar. Tədbirdə Mərakeş Krallığının gəncləri bu ölkənin mədəniyyəti, adət-ənənəsi, yerli qanunları, şəraiti və yaşayış məsələləri haqqında məlumat vermişlər. Qeyd etmişlər ki, Mərakeş Avropadan bir neçə kilometr uzaqlıqda yerləşməsinə baxmayaraq, orada həyat olduqca fərqli axır. Mərakeş ənənələrilə, memarlıq əsərlərilə və qeyri-adi mənzərəsi ilə fərqlənir. Eyni zamanda Azərbaycanla bir qədər oxşarlığı da var. 
Sonda Mərakeş Krallığının gənclərinə hədiyyələr təqdim edilmiş və onlarla xatirə şəkili çəkdirilmişdir.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam