Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Həştərxanlı uşaqların sevimli İstirahət və əyləncə yeri:"Meçta"

Həştərxanlı uşaqların sevimli İstirahət və əyləncə yeri:

 

Yenixeber.org: 2011-ci ildə Heydər Əliyev Fondu tərəfindən Həştərxan şəhərinin ərazisində sosial layihələrin reallaşdırılması çərçivəsində, Heydər Əliyev parkının yanında, "Meçta" uşaq əyləncə şəhərciyi tikilmişdi, bir qədər sonra onun ərazisində "Meçta" uşaq kafesi istifadəyə verilmişdi.

Uşaq şəhərciyinin ərazisində 7 yaşa qədər uşaqlar üçün müxtəlif yelləncəklər və fiqurlarla pulsuz uşaq meydançası açılmışdır. Meydançada xeyli sayda uşaqların oynaması üçün geniş yer vardır. Meydança Volqanın sahilində, çox gözəl yerdə, "Rusiya və Azərbaycan arasında Dostluqlar" körpüsünün yanında yerləşir.

Bu yer dərhal Həştərxanın kiçik sakinlərinin və vilayət mərkəzinin qonaqlarının sevimli istirahət yeri oldu. Orada həmişə, hətta iş günləri də xeyli insan olur. Meydançanın ətrafında qızılgül kolları və ağaclar əkilmişdir, uşaqlar oynadığı zaman valideynlərin oturması üçün skamyalar quraşdırılmışdır. Uşaq şəhərciyinin ərazisi yaxşı vəziyyətdə saxlanılır, hər şey çox təmiz və baxımlıdır ki, uşaqlar üçün bu az əhəmiyyətli deyil.

"Meçta" şəhərciyində doyunca oynadıqdan sonra, sakit və xeyirxah vəziyyətdə rahat “Meçta” kafesində istirahət və qəlyanaltı etmək olar.

Bu il Həştərxan şəhərinin fəxri vətəndaşı Ədalət Huseynovun təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə uşaq şəhərciyinin ərazisində nəinki uşaqların, həmçinin böyüklərin marağına səbəb olan uşaq bayramları keçirilir.

Həştərxan şəhər sakinləri şəhər mərkəzində belə rahat istirahət guşəsi üçün Heydər Əliyev Fonduna minnətdardırlar.

 

Həştərxanlı uşaqların sevimli İstirahət və əyləncə yeri:

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam