Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Kirayə evlər bahalaşdı:Dəbdəbəli mənzillər boş qalıb (QİYMƏTLƏR)

Kirayə evlər bahalaşdı:

 

Paytaxtda kirayə ev bazarında bahalaşma müşahidə olunur. 

Yenixeber.org cebhe.info-ya istinadən xəbər verir ki, bu ilin mart ayı Bakı şəhərinin kirayə mənzil bazarında aktivlik səviyyəsinin nisbətən aşağı düşməsi, ümumilikdə isə kirayə mənzil qiymətlərinin enməsi baş vermişdi. 

Lakin yeni dərs ilinin başlanması ərəfəsində Bakının kirayə mənzil bazarında canlanma yaransa da, sonradan bu proses zəiflədi. Son bir neçə gündə apardığımız araşdırma zamanı məlum olub ki, kirayə ev bazarında qiymətlər yenidən qalxıb. Daşınmaz əmlak bazarının fəal iştirakçılarından əldə etdiyimiz məlumata görə, yerindən asılı olaraq, evlərin qiymətində təxminən 100-150 manat bahalaşma müşahidə olunur. Yeri gəlmişkən, 1000 manata və daha baha kirayə verilən mənzillərin qiymətləri isə əksinə ucuzlaşıb. Çünki bu sahədə icarəçi qıtlığı var. 

Bahalaşma ən çox hansı ərazilərdədir? 

Rieltor Azər Əzizov bizimlə söhbətində deyir ki, əvvəllər Həzi Aslanov, Əhmədli, Xalqlar dostluğu stansiyaları istiqamətində hər bir şəraiti olan 2 otaqlı evlər 300 manata kirayəyə verilirdisə, indi bu qiymətlər 350-400 manata qədər bahalaşıb. Hətta köhnə binalarda 250-350 manata verilən 1-2 otaqlı mənzillərin kirayə qiyməti indi 400- 450 manat arasında dəyişir. 

Bahalı mənzillər niyə ucuz verilir? 

Rieltor deyir ki, indiyə qədər 600-1200 manat və daha baha təklif edilən kirayə mənzillər isə əksinə ucuzlaşıb. Buna səbəb həmin qiymətlərə icarədar tapılmamasıdır. “Əhalinin alıcılıq qabiliyyəti aşağı düşdüyündən bahalı evləri kirayə götürən az olur. Ona görə də həmin mənzillər ucuzlaşıb”, – deyə rieltor bildirib: “Şəhərin mərkəzində 2 otaqlı orta təmirli mənzil 400-450 manata təklif olunur. Lakin şəhərdən bir az kənarda 400-450 manata super təmirli, hər bir şəraiti olan mənzil kirayələmək olar. Amma indi kənarda olan evlərin də qiymətində 100-150 manat bahalaşma müşahidə olunur”. Rieltor sonda onu da əlavə edib ki, yerindən asılı olaraq, paytaxtda mənzillər 100 manat və artıq bahalaşıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam