Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

ETSN: “Xəzər günü” ilə əlaqədar dəniz sahili ərazilərdə təmizlik və abadlıq işləri görülür

 

Yenixeber.org: Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında12 avqust 2006-cı il tarixində Çərçivə Konvensiyası qüvvəyə mindikdən sonra hər il bu tarix “Xəzərgünü” kimi qeyd edilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən xəbərə görə, “Xəzər günü”nün qeyd edilməsində əsas məqsəd Xəzər dənizinin ətraf mühitinin çirklənmədən qorunması, o cümlədən Xəzər dənizinin bioloji ehtiyatlarının qorunması, mühafizəsi, bərpası, davamlı və səmərəli istifadə edilməsi və bu istiqamətdə əhalinin maarifləndirilməsindən ibarətdir.

Azərbaycanda da “Xəzər günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli qurumlarının, yerli idarəetmə orqanlarının, bələdiyyələrin, müəssisə və təşkilatların və QHT-lərin iştirakı ilə görüşlər təşkil olunur, eləcə də dəniz sahili ərazilərdə təmizlik və abadlıq işləri həyata keçirilir.

Qeyd edək ki, Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası–Xəzər dənizinin sahilində yerləşən beş dövlət arasında Xəzər dənizi regionunda təbiəti mühafizə şərtlərini və müvafiq təşkilati mexanizmi əks etdirən ilk hüquqi sazişdir. Qəbul olunduğu şəhərin adı ilə bağlı olaraq “Tehran Konvensiyası” kimi də tanınan Konvensiya Xəzər dənizinin ətraf mühitinin bütün növ mənbələrdən çirklənməsinin qarşısının alınmasına, həmçinin Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi, saxlanması və bərpasına qulluq edir. Konvensiyada Xəzər dənizinin bioloji sərvətlərinin davamlı və səmərəli istifadəsinə, ətraf mühitə təsirin qiymətləndirilməsinə, ekoloji monitorinqə və elmi tədqiqatlara aid müddəalar vardır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam