Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Yalnızlıqdan deyil, dostluqdan zövq alaq

 

Yenixeber.org: Dövrümüzün geniş yayılmış xəstəliyi var: yalnızlıq, tənhalıq, özünəqapanma. İnsanlardan soruşsan, məlum olar ki, onların əksəriyyəti yalnızdır və həyatlarından narazıdır. Onların yaxın bilib sirdaş olduğu, həyatını paylaşdığı, eləcə də güvəndiyi kimsələri yoxdur. Ən pisi isə yalnızlıq o qədər adi hal alıb ki, hətta bununla bağlı mahnılar bəstələnir, əsərlər yazılır, filmlər çəkilir və insanlar yalnızlığa təşviq edilir. Sosial şəbəkələrdə də bununla bağlı statuslara tez-tez rast gəlmək mümkündür. Onlardan bəziləri belədir:

Sevməyi deyil, yalnızlığı öyrən. Çünki çətin zamanlarda ən çox ona ehtiyacın olacaq.

Yalnızlıq insana güc verir.

Tənhalıq qədərim deyil, seçimimdir.

Bu statusların sayını istədiyimiz qədər artıra bilərik. Yuxarıdakı bir neçə nümunə belə insanların necə yalnız, bədbəxt, dərin mənəvi boşluq və sıxıntı içində olduğunu anlamağımız üçün kifayət edir. Ancaq həm fiziki, həm də mənəvi olaraq sıxıntı verən yalnızlıq niyə insanlar tərəfindən belə sevilir? İnsan dostluqdan, sevgidən zövq alır, bəs niyə bilərəkdən tənhalığı seçir? Texnologiyanın bu qədər inkişaf etdiyi, həyat səviyyəsinin belə yükək olduğu mühitdə insanları yanlızlığa təşviq edən amillər hansılardır?

İnsanlar xoşbəxt olmamalarına və tək qalmalarına səbəb kimi bəzi bəhanələr irəli sürə bilərlər. Məsələn, bəzi insanlar düşünürlər ki, kifayət qədər maddi imkanları olsa, ətrafında daha çox dostları olacaq, daha çox əylənəcəklər, daha yaxşı istirahət məkanlarına gedəklər, beləliklə, həyatlarından daha çox zövq alacaqlar. Amma əsla düşündükləri kimi deyil. Çox zəngin insanlar xoşbəxt kimi görünə bilərlər, ancaq onların da özlərinə görə nə qədər mənəvi sıxıntıları, ailədaxili münaqişələri, səhhətləri ilə bağlı problemləri var. İnsan nə qədər zəngin olsa da, nə qədər yemək yeyə bilər ki? Ancaq bir nəfərlik, bir az artıq yesə, sağlıq problemləri, köklüklə bağlı narahatlıqları olacaq. Nə qədər evi olsa da, ancaq bir evdə yaşaya bilər, bir otaqda yata, bir nəfərlik yer tuta bilər. Bir sözlə, dostluq, xoşbəxtlik, mənəvi rahatlıq da əsla maddiyyatla əldə olunan nemətlər deyil. O qədər zəngin olub da bir yaxın dost tapmayan insanlar var ki…

Bir də bu dünya imtahan yeridir, Allah dünyanı çətinliklərlə, əskikliklərlə birlikdə yaradıb. Acizliklər hər zaman həyatımızda var. Dünyadakı hər kəs acır, susayır, yorulur, yatmağa ehtiyacı olur, xəstələnir. Bu acizliklərdən özünü siğortalamış adam yoxdur. İstər zəngin, istər gözəl, istər yaşlı, istər cavan, bir sözlə, hər kəs bu acizliklərə tabedir. O zaman insanın axtardığı mənəvi gözəlliklər bu sadaladığım maddi şeylərdən asılı deyil.

Beləliklə, yalnızlığın səbəbi kimi irəli sürülən bütün bəhanələr yersizdir, heç birinin əsaslı səbəbi yoxdur. İnsanların xoşbəxt olmaq üçün şərt qoşduqları şeyləri onlara versən də, yenə də xoşbəxt ola bilmirlər. Bunun səbəbi insanların qəlblərinin Allahdan uzaq qalmasıdır.

İnsanların bir çoxu dini, Allah sevgisini, imanı, axirət inancını özlərindən uzaq görür. Onlar düşünürlər ki, dünyada nə qədər çox şeyə sahib olsalar və dünyadan nə qədər faydalansalar, o qədər də xoşbəxt olacaqlar. Halbuki Allah üçün yaşamayan insan əsil sevinci, rahatlığı, sevgini, dostluğu, güvəni yaşaya bilməz. Yaşamaq istədikləri şey də çox səthi və müvəqqəti olar. Çünki insanın qəlbinə bu hisləri verən Allahdır. Allah da Özünü sevməyən, Özü üçün yaşamayan, hər şeyin Allahdan gəldiyini bilməyən insanlara bu rahatlığı nəsib etməz.

Beləliklə, xoşbəxtliyin, ruh yüksəkliyinin, sevincin və rahatlığın tək qaynağı Allahdır. Biz ancaq Allah istəsə, xoşbəxt və rahat ola bilərik. Ancaq Allah istəsə, gözəlliklərdən zövq ala bilərik. Əgər Allaha inam olmasa, bunları başqa yoldan əldə etməyimiz əsla və əsla mümkün deyil. Bütün kainatı qanunları ilə birlikdə yaradan Allahdır, ürəklərdə və dillərdə ancaq Allah olarsa, o zaman bu nemətlərin qapıları insanlara açılar. İnsanların vicdanları və ruhları da ancaq bu yolla rahatlaşar. Əks halda insan nə qədər imkana sahib olsa da, heç nə ona xoşbəxtlik və rahatlıq vermir. Hər zaman yalnız, tənha və Allahın yardımından uzaq olmağın əzabını, sıxıntısını hiss edir.

Göründüyü kimi, Allahdan uzaqlaşmış insanın qəlbi tək və dostsuz qalar. Bir insanın həyatındakı ən həqiqi Dostundan qəlbini və dilini uzaqlaşdırması bədbəxtliyin və tənhalığın içində özünü həbs etməsinə bərabərdir. Allaha qayıtmaq və həqiqi xoşbəxtliyi Allaha olan sevgidə axtarmaq isə dünyanı bürüyən bu böyük sıxıntıdan xilas olmağın yeganə yolu olacaqdır.

Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır. (Rad surəsi, 28)

 

 

Nəzakət Bədirova

 

 

Yalnızlıqdan deyil, dostluqdan zövq alaq

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam