Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Füzulidə yas mərasimləri:Sadə, israfsız, islami qaydalara uyğun

Füzulidə yas mərasimləri:

 

Yenixeber.org: 2014-cü ildən Füzuli rayonunda yas mərasimləri, ehsan süfrələri təmtəraqdan uzaq, islami qaydalara uyğun, sadə və israfsız keçirilir. Rayonda yas mərasimlərinin, ehsan məclislərinin təmtəraqdan uzaq, israf etmədən islami qaydalara uyğun keçirilməsi xüsusilə sadə vətəndaşları maddi cəhətdən rahatladır. Artıq dörd ildir rayonda ehsan süfrələrində çay, qənd, halva, yuxa, xurma, su və limon verilməsi məqsədəuyğun sayılır. Son dörd il ərzində yas mərasimlərində israfçılığın qarşısının alınması, ehsan süfrələrinin sadə, islami qaydalara uyğun keçirilməsi rayon ictimaiyyəti tərəfindən birmənalı olaraq müsbət qarşılanır.

Əgər əvvəllər yas sahibi 3, 7, 40 və cümə axşamları üçün orta hesabla 6-8 min manat pul xərcləməli olurdusa, hazırda ehsan məclislərini orta hesabla 500-700 manatla yola vermək olur. 2014-cü ildən hal-hazıra kimi rayonda 800-ə yaxın yas mərasimi olub ki, həmin mərasimlərdə ehsan süfrələri sadə, israfçılıqdan uzaq islami qaydalara uyğun keçirilib. Nəticədə orta hesabla rayonda 4,5 milyon manatdan artıq vəsaitə qənaət olunmuş, həmin vəsaiti vətəndaşlar digər sosial problemlərinə sərf etmişlər. Rayon sakinləri deyirlər ki, ehsan süfrələrinin sadə, təmtəraqdan uzaq keçirilməsi ilə onlara əvvəlki kimi maddi zərər vurulmur, banklara, kredit təşkilatlarına borclu qalmalarına səbəb olmur. Rayonda ehsan məclislərindən toplanan vəsaitlə vətəndaşlar həm yas mərasimlərini yola verir, həm də mərhumun dəfn olunması, qəbrüstü abidəsinin düzəldilməsi və qəbrin götürülməsi kimi işləri də yerinə yetirirlər.

Füzuli rayonunda ehsan süfrələrinin sadə, islami qaydalara uyğun, israfçılıqdan kənar keçirilməsi isə ərazidə aparılan dini maarifləndirmə işləri və bu məsələ ilə bağlı dini hökmlərin tələblərinin əhaliyə düzgün izah olunması ilə mümkün olmuşdur. Bu məsələdə xüsusilə rayonun din xadimləri, ağsaqqallar və ziyalılar insanları dini yöndən maarifləndirir, əhali arasında dini təbliğat işləri aparırlar.

Füzulidə yas mərasimləri:

Füzulidə yas mərasimləri:

Füzulidə yas mərasimləri:

Füzulidə yas mərasimləri:

Füzulidə yas mərasimləri:

Füzulidə yas mərasimləri:

Füzulidə yas mərasimləri:

Füzulidə yas mərasimləri:

Füzulidə yas mərasimləri:


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam