Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

10 dəfə azalıb...

10 dəfə azalıb...

 

Son 10-15 il ərzində Xəzər dənizində kilkə balıqlarının ehtiyatı 10 dəfə azalıb. "Qafqazinfo" xəbər verir ki, bunu Trend-ə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru Mehman Axundov deyib.

Yenixeber.org: Onun sözlərinə görə, son illər ərzində Xəzər dənizində balıqların növ tərkibi dəyişməsə də, balıqların ehtiyatı ildən-ilə getdikcə azalır. Ehtiyatların azalması daha çox vətəgə əhəmiyyətli balıqlara aiddir:

Xəzər dənizinin əsas balıq ehtiyatının çoxunu kilkələrin təşkil etdiyini deyən M.Axundov əlavə edib ki, kilkələrin qidalandığı zooplanktonların, yəni dənizdəki xırda canlıların kütləsi 10 dəfə azaldığından dənizdə bu balıqların da ehtiyatı çox azalıb.

Zooplanktonların ehtiyatının azalma səbəblərini açıqlayan M.Axundov qeyd edib ki, 1990-cı illərin sonlarında ballast suları vasitəsilə Xəzər dənizinə gətirilmiş mnemiopsis leidyi (kilkələrin yemini yeyən yad orqanizm) dənizin akvatoriyasında sürətlə yayılaraq, Xəzərin biomüxtəlifliyinə birbaşa və ciddi ziyan vurub. O, kilkələrin yem bazası olan zooplanktonu böyük miqdarda tükədib.

Kilkələrin sayının azalmasını bu prosesin nəticəsi sayan M.Axundov qeyd edib ki, bu balıqların sayının azalması Xəzərin yalnız Azərbaycan sektorunda deyil, bütün Xəzər dənizində müşahidə edilir.

M.Axundov qeyd edib ki, yaranan problemin aradan qaldırılması üçün kilkələrin sənaye ovuna qadağanın qoyulması məsələni həll etmir:

"Sadəcə olaraq, kilkə ovuna ehtiyatlı yanaşma lazımdır. Kilkələri müəyyən həcmdə ovlamaq olar. İmkan vermək lazımdır ki, kilkə çoxalsın. Kilkə çoxalarsa, bütün balıqlar üçün də yem ehtiyatı artar".

M.Axundov qeyd edib ki, son 15 il ərzində kilkə kütləsi azaldığından kilkə ilə qidalanan bütün başqa balıqların da kütləsi azalıb. Bunlar siyənəklər, nərə cinsli balıqlar, qızıl balıq və sairdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam