Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Gənc alimlər və maliyyə savadlılığı” müsabiqəsinin qalibləri mükafatlandırılıb

 

 

Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun “2 Fevral – Gənclər Günü”ndə elan etdikləri “Gənc alimlər və maliyyə savadlılığı” birgə mükafat müsabiqəsinin nəticələri açıqlanıb.

 

 

Yenixəbər.org: APA-nın məlumatına görə, bununla bağlı Elmin İnkişafı Fondunun ofisində mükafatlandırma mərasimi keçirilib.

 

 

Birgə müsabiqə komissiyasının rəyinə əsasən, maliyyə savadlılığı sahəsində dərc olunmuş və qalib olaraq seçilmiş ən yaxşı elmi işlər 3 nominasiya üzrə diplom və pulla mükafatlandırılıb:

 

I yer – Vüqar Məmmədzadə və Samir Ağayev, 1500 manat

II yer – Murad Hacıyev, 1000 manat

III yer – Nurlanə Kərimova və Yaşar Dəmirov (hər biri 500 manat)

 

 

“Gənc alimlər və maliyyə savadlılığı” birgə mükafat müsabiqəsinə təqdim olunan məqalələr ölkənin iqtisad elmi sahəsində maliyyə maarifləndirilməsi istiqamətində aparılan ilk elmi işlərdir. Bu istiqamətdə elmi tədqiqat işlərinin aparılmasını stimullaşdırmaq üçün Elmin İnkişafı Fondu gələcəkdə də bənzər müsabiqə və tədbirlər keçirməyi planlaşdırır.

 

 

Müsabiqənin keçirilməsində məqsəd Azərbaycanda iqtisadi və maliyyə savadlılığının artırılması, maliyyə savadlılığının ictimai dəyər kimi tanınması və insanların davranışlarında müvafiq dəyişiklik yaratmasına yönəlmiş elmi əsərlərin meydana çıxması, gənc alim və mütəxəssislər tərəfindən müsabiqə müddətində yazılmış orijinal məqalələrin və onların aprobasiyasının qiymətləndirilməsi, mükafatlandırılması və elmi fəaliyyətin stimullaşdırılmasıdır. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam