Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Azərbaycan əhalisinin sayı açıqlandı

 

Hazırda hər 1000 nəfər kişiyə 1011 qadın düşür

 

   "Xeberinfo.com": 2014-cü il may ayının 1-nə olan məlumata görə, Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 34 min nəfər və ya 0,4 faiz artaraq 9 511,1 min nəfərə çatıb.

    Dövlət Statistika Komitəsinin məlumatına görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 110 nəfər olub. Hazırda hər 1000 nəfər kişiyə 1011 qadın düşür. Əhalinin ümumi sayının 53,2 faizi şəhər, 46,8 faizi kənd sakinləridir.

Cari ilin yanvar-aprel aylarında ölkədə 53,6 min körpə doğulub və əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 17,4 təşkil edib. Doğulanların 53,6 faizini oğlanlar, 46,4 faizi qızlar təşkil edir.

İlin əvvəlindən ölkədə 19,9 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm səviyyəsi dəyişməyərək eyni səviyyədə (6,5) qalıb.

Rəsmi orqanlar tərəfindən bu ilin dörd ayı ərzində 24,8 min nikah və 3,9 min boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə nikah və boşanmaların sayı dəyişməyərək eyni səviyyədə (müvafıq olaraq 8,0; 1,3) qalıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam