Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Dərman sabotajı -"AVROMED"-də

Dərman sabotajı -

 

Cavanşir Feyziyev Tarif Şurasınin qərarından məlumatlıdır

“Artıq 1 həftədir ki, ölkənin dərman təchizatında əsas monopolist şirkət olan “Avromed” respublikanın pərakəndə satışla məşğul olan aptek şəbəklərinə dərman təchizatını dayandırıb, əksər işçilərini müvəqqəti məzuniyyətə buraxıb”. 
Xeberinfo.com:   Bununla bağlı AzToday.az-a daxil olan məlumata görə, faktiki olaraq əksər apteklərdə ən adi və həyat əhəmiyyətli dərman preparatlarına ciddi ehtiyaclar yaranıb: “Avromed” şirkəti dərman preparatlarını Bakı və bölgələrdə olan anbarlarında saxlamaqla özündən asılı olan apteklərin fəaliyyətini iflic etməklə yanaşı, sabotaj yolunu tutur, bölgələrdə təchiz etdiyi apteklərlə “centlemen razılaşma”lara zidd olaraq aptek şəbəkləri yaratmaqla rəqabət qaydalarını pozur. Hazırda vətəndaşlar dərman qıtlığı ilə üz üzə qalıb, apteklərdə müxtəlif adlı dərmanlara yaranan ehtiyaclar hər gün artmaqda davam edir. “Avromed” şirkəti qeyri-rəsmi informasiyaya malikdir ki, Tarif Şurası dərman preparatlarının qiymətini 12% artıracaq. Bu səbəbdən anbarlarında olan malların uzərində əlavə 12% qazanmaq imkanını itirməməmk naminə əhalini çıxılmaz vəziyyətə salıb. Bu, nə qədər davam edəcək məlum deyil. Məlum olan isə odur ki, ölkədə, kiçik və orta sahibkarlığın inkişafına əsas əngəl olan qeyri-sağlam rəqabət mühiti, monopoliya qalmaqda davam edir, bir qrup oliqarx deputat və məmurlar azad bazar münasibətlərinin formalaşmasının qarşısını almaqla ölkəni uçuruma sürükləməkdədirlər”.
Qeyd edək ki, "Avromed" şirkətinin rəhbəri Milli Məclisin deputatı Cavanşir Feyziyevdir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam