Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Pirallahıda abadlıq kampaniyası kütləvi narazılıq doğurur

 

                   

 

     Sökülən mülk sahiblərinə kompensasiya ödənmir, icra başçısının özünə kommersiya obyektləri tikdirdiyi haqqında da məlumatlar dolanır

 

     “Xeberinfo.com”: Son illər dəb halını almış abadlıq kampaniyası paytaxtın Pirallahı rayonundan da yan keçməyib. Abadlıq və küçələri enlətmək adı ilə bu rayonun xüsusi ilə də mərkəzində (Pirallahı qəsəbəsində) sürətlə söküntü-dağıntı işləri gedir.

    Bu gün rayon sakinlərindən birinin “xeberinfo.com”a verdiyi məlumata görə abadlıq kampaniyası böyüməkdə olan narazılığa səbəb olmaqdadır. Məlumata görə rayonun icra başçısı Vasif İmanov söküb dağıtdığı ünvanlarda yaxınlarının adına kommersiya və istehsalat obyektləri tikdirir. Hətta Pirallahıda ən böyük sayılan yenicə tikilmiş çörək zavodunun da Vasif İmanova bağlılığı deyilir. Dağıdılmış obyekt sahibləri isə ən müxtəlif bəhanlərlə kompensasiya ala bilmirlər.

   “Bildiyiniz kimi Pirallahı təzə yaradılmış rayondur. İllərdir sosial, kommunal problemlər içində yaşamışıq. Rayon yaradılanda sakin kimi hamımız sevindik. Fikirləşirdik ki, problemlərimiz də həll olunacaq. İnsafən icra başçısı Vasif İmanov ilkin vaxtlar həm sosial problemlərin həlli baxımından, həm də abadlıq baxımından müəyyən işlər gördü. Amma son vaxtlar icra başçısı haqsızlıqlar edir. Abadlıq adı ilə uyğun oldu-olmadı kommersiya obyektlərini, şəxsi mülkləri söküb dağıdır. Əvəzində öz adamlarına yeni obyektlər tikdirir. Təsəvvür edin ki, Pirallahı kimi böyük bir qəsəbədə çörək zavodu ona bağlıdır. Deyilənlərə görə obyektlərinin sayı çoxdur. Mülkü sökülənlər də kompensasiyalarını ala bilmirlər.

    Bu işləri icra başçısının “sağ əli” kimi tanınan Pirallahı qəsəbəsi üzrə icra nümayəndəsi Heydər Vəliyev ustalıqla icra edir. Başçı söküntü işləri ilə bağlı bütün səlahiyyətləri verib ona”.

Bu sözlər mənbəmizin bizimlə söhbətində dediklərindəndir. Biz verilən məlumatla bağlı həm Pirallahı Rayon İcra Hakimiyyəti ilə, həm də cənab Vəliyevlə əlaqə yaradıb, onları da dinləmək istədik. Təəssüf ki, cəhdlərimiz nəticəsiz qaldı.

     Onu da qeyd edək ki, məlumata görə, bu məsələ ilə bağlı narazı qəsəbə sakinləri yuxarı inistansiyalara da şikayət ünvanlayıblar.

 

      Bu dəqiqələrdə (11:42) Pirallahı rayon İcra Hakimiyyətinin informasiya təminatı və təhlil sektorunun müdiri Vüsal Babayev redaksiyamızla telefon əlaqəsi saxlayıb yuxarıdaki məlumatları təkzib etdi: "Heç bir söküntü, dağıntı kompaniyasından söhbət gedə bilməz. Bu məlumatlar həqiqət deyil. Bununla bağlı sizin redaksiyanıza yanlış məlumat veriblər. Sadəcə olaraq, qəsəbənin bəzi ünvanlarında-Cavadxan parkında, dənizkənarı sahədə antisanitariya tədbirləri görülür. Pərakəndə çəpərləmələr sökülüb standarta uyğun şəkildə bərpa olunur".

 

 

 

     Mövzu diqqətimizdədir.

 

 

 

   

     Kamil   


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam