Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

İcra başçıları Qarabağ qazisini aldadıb

 

                                                   

                                        İlham Türbəndiyev intihar anonsu verdi

 "Xeberinfo.com":  Xəbər verildiyi kimi, 2 ci qrup Qarabağ əlili, Bərdə rayonunda məskunlaşmış məcburi köçkün Türbəndiyev İlham Yaqub oğlu aclıq aksiyasına hazırlaşır. İ.Türbəndiyev sosial vəziyyətinin ağır olmasından, evsizlikdən və bütün bunlarla bərabər məmur özbaşınalığından şikayətçidir.

Hələ ötən həftə İ.Türbəndiyev bildirmişdi ki, aclıq aksiyasının keçirilməsində qərarlıdır: “Mənə başqa yol buraxmadılar. Uğrunda döyüşdüyüm, canımı qoyduğum vətəndə yaşamağa yer də tapmıram. Bu bir yana qalsın bu dövlətin rəsmilərinin mənə münasibəti, dövlətin ərazi bütövlüyünün qorunması uğrunda döyüşən bir şəxsdən rüşvət ummaları dəhşətdir. Ona görə də bildirmişdim ki, 28 may – məhz respublika günü Prezident Adminstrasiyasının qarşısında ölüm aclığına başlayacam. Ölkə rəhbərindən rüşvətxor və laqeyd məmurları cəzalandırmağı, mənim problemlərimin həll olunmağını istəyəcəm. Mən bu dövləti canımdan artıq sevirəm. Bu aksiyaya məni vadar edən həmin məmurlardır”.

Bundan sonra Bərdə və Xocalı rayon icra hakimiyyətlərinin rəhbərliyi İ.Türbəndiyevdən aksiyanı təxirə salmağı xahiş edərək, onun problemlərinin həll olunacağına söz veriblər. Həmin vaxtdan 1 həftə keçsə də heç bir real iş görülməyib. Belə görünür ki, yerli rəhbərlik sadəcə Respublika günü hər hansı insidentin qarşısın almaq istəyiblər, onların Qarabağ qazisinin problemini həll etmək fikirləri olmayıb. Bu isə İ.Türbəndiyevin daha radikal addımlar atmasına gətirib çıxara bilər. İndi isə  Qarabağ qazisi artıq heç kəsə inanmadığını bildirərək ən sərt addımlar atacağını bildirdib: “Məni intihara vadar edirlər. Məmurların bu laqeydliyi daha bir Qarabağ qazisinin özünü yandırmasına səbəb olacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam