Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Sabiq başçı villasını satışa çıxarsa da müştəri tapılmır - FOTOLAR

Salyanın keçmiş icra başçısı Tahir Kərimov rayonda 3 il əvvəl inşa etdirdiyi villasını satışa çıxarsa da müştəri tapılmır.

Xeberinfo.com:  Virtualaz.org saytı Şirvan bürosunun verdiyi məlumata görə, Salyan şəhərindəki 3 mərtəbəli bu villanın yerində əvvəllər şəhid Vüqar İsayevin adını daşıyan 6 saylı uşaq bağçası olub. Amma 2013-cü ildə bağça sökülüb və yerində başçının sürücüsü Yusif Əzizovun adına villa inşa olunub.

İnşaat işləri aparılan müddətdə evin qarşısından keçən küçənin bir hissəsi də zəbt olunaraq həyətə qatılıb. Baş verənlərə rayon sakinlərinin haqlı narazılığına isə məhəl qoyan tapılmayıb.

Sonradan T.Kərimov nüfuzundan istifadə edərək zəbt etdiyi küçəni də villasının ərazisi kimi qeydiyyata aldıra bilib. Amma ev alqı-satqısı ilə məşğul olanların dediyinə görə, keçmiş başçı villasını rayon yeri üçün çox baha - 150 min dollara satışa çıxardığından 6 aydır ki, müştəri tapılmır. Sadə salyanlıların arzusu isə həmin villanın körpə uşaqların istifadəsi üçün yenidən uşaq bağçasına qaytarılmasıdır.

Xatırladaq ki, Tahir Kərimov 2011-2016-cı illərdə Salyan RİH-nin başçısı olub.

Sabiq başçı villasını satışa çıxarsa da müştəri tapılmır - FOTOLAR
Sabiq başçı villasını satışa çıxarsa da müştəri tapılmır - FOTOLAR
Sabiq başçı villasını satışa çıxarsa da müştəri tapılmır - FOTOLAR
Sabiq başçı villasını satışa çıxarsa da müştəri tapılmır - FOTOLAR


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam