Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Rəml atıram, fala baxıram: daha bir yalançı falçı

          

      

            Quran açır, Xorasan mumu ilə fala baxır, kənd toyuğunun dərisinə dua yazır(?)

 

      Xeberinfo.com:   Son vaxtlar yalançı, dələduz falçıların özfəaliyyəti hüquq-mühafizə orqanlarının da diqqətini artırmaqdadır. Zatən bu “qədim sənət”in “sənətkar”ları, onların məlum maraqlarına hesablanmış əməlləri aidiyyatı dövlət orqanlarının hədəfində olub. Son vaxtlar isə bu mövzuda həm ictimai mənada, həm də hüquq-mühafizə orqanlarının lazımı addımları atması baxımından bir aktivlik müşahidə olunur.

Amma, ... görünür bu addımlar qədim peşə sahiblərini durduracaq qədər yetərli deyil. Elə bu istiqamətdə xeberinfo.com-a daxil olan məlumatdan da belə görünür. Bizi məlumatlandıran şəxs belə yalançı falçılığın növbəti qurbanlarındandır. Məlumata görə paytaxtın Keşlə qəsəbəsi, Maarif küçəsi 7 ünvanında Tairova Güllü Hüseyn qızı qeyri-qnuni olaraq falçılıqla məşğul olur. Heç bir rəsmi icazəsi olmayan bu xanımın falçılıq fəaliyyəti dairəsi kifayət qədər genişdir: bəxt açmaq, bəxt bağlamaq, qız vermək, qız almaq, yol açmaq və s.

Şübhəsiz ki, hər bir işin də öz qiyməti var: bəxt açmaq, hansısa iş adamının yolunu açmaq 600-150 arasında dəyişir.

Güllü Tairovanın fala baxmağında da özəlliklər var. Əvvəlcə müştərinin adını, atasının adını, soy adını yazır, sonra Quran açıb özünə sərf edən sözləri muncuq kimi düzür. Daha sonra da lazımı məbləği razılaşıb, guya Xorasandan gətirilmiş mumla fala baxır. Duanı yazmaqdan ötrü isə ayrıca sifarişləri var: məsələn yaşadığın yerdən torpaq, su, qırmızı sap, dəftər və kənd toyuğu(?) (Kənd toyuğunu diri istəyir ki, kəsib dərisinə dua yazacaq(?))

Bu daha bir falçı xanımın özfəaliyyətinin qısa təsviridir. Biz bu məlumatlarla bağlı hörmətli Güllü xanımı da dinləmək istədik. Təəssüf ki, müxtəlif reaksiyalar, müxtəlif söz-söhbətlərlə mövzudan yayındı.Qarşıdakı günlərdə gərəkən araşdırmalarla mövzu ilə bağlı geniş yazı hazırlayacağıq.

 

Akif

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam