Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Nazir 4 rəisi cəzalandırdı

 

 

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 4 region rəisinə işlərində yol verdikləri nöqsanlara görə intizam tənbehi verilıb.


   "xeberinfo.com": Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən əldə etdiyimiz məlumata görə, ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində cari ilin birinci rübü ərzində görülən işlərə həsr olunan müşavirədə bildirilib ki, cari ilin I rübü ərzində Xidmət tərəfindən həyata keçirilən dövlət nəzarəti zamanı ayrı-ayrı müəssisələrdə əmək qanunvericiliyinin pozulması ilə bağlı ümumilikdə 3277 fakt aşkar edilib. Həmin hüquq pozuntuları ilə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq, aidiyyəti işəgötürənlərə tətbiq olunan cərimələrin məbləği ötən ilin I rübünə dair müvafiq göstərici ilə müqayisədə 14,1 dəfə çox olub. 

  Tətbiq olunmuş cərimələr üzrə ödənilən məbləğ isə 2013-cü ilin ilk rübündə ödənilən məbləğlə müqayisədə 21,1 dəfə artıb.
Cari ilin yanvar-mart aylarında işçilərə ödənilməsi gecikdirilmiş ümumilikdə 153 952 manat məbləğində sosial xarakterli ödəmələrin ödətdirilməsinə nail olunub. Həmin vəsaitlərin 143 796 manatını əməkhaqları, 7277 manatını zərərə görə ödənclər, 2879 manatını isə sosial müavinət və kompensasiyalar təşkil edib.
Müşavirədə qeyd edilib ki, əmək müqaviləsi bildirişlərinin elektron şəkildə qeydiyyata alınması üçün elektron informasiya sistemi cari il iyulun 1-dən tətbiq olunacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam