Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

Bakının kirayə mənzil bazarında qıtlıq: Boş cibdən boş evə

Yeni dərs ilinin başlanması Bakıda on ildən artıqdır ki, həm də problem deməkdir. Ənənəvi tıxac və bahalaşmanın üzərinə bu il qıtlıq da əlavə olunub.

Xeberinfo.com:   Söhbət paytaxtın kirayə mənzil bazarından gedir. Kirayə evlərin fantastik qiymətlərindən bazara yaxın düşmək mümkün deyil. Əvvəllər 150-200 manata 1 otaqlı münasib mənzil kirayələmək mümkün idi, indi isə 200 manatdan ucuz mənzil yoxdur. Ötən ilin bu dövrü ilə müqayisədə mənzil bazarında kəskin artım müşahidə olunur. Hətta iyun-iyul aylarına nisbətən avqustda kirayə mənzillər 25-30 faiz bahalaşıb.

Virtualaz.org saytı əməkdaşlarının kirayə mənzil bazarındakı müşahidələrinə görə, tələbələr, əsasən, təhsil müəssisələrinin yaxınlığındakı ərazilərdə ev tuturlar. “Oğlan tələbələri daha çox mikrorayonlarda ev axtarırlar. Paytaxtın bir neçə istiqamətinə daha asan getmək mümkün olduğundan və metroya yaxın yerləşdiyindən tələbələr daha çox burada ev axtarırlar”, - metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında yerləşən ev alqı-satqı mərkəzinin rəhbəri Elman Nəzərov deyir.

“Memar Əcəmi” metro stansiyasının yaxınlığında 1 otaqlı mənzilin qiyməti 250-270 manatdan başlayır. Otaqda yalnız çarpayı və soyuducu verilir. Beləliklə, qiymətləri təqdim edirik:

Köhnə tikililərdə 2 otaqlı mənzillər - 350-400 manat

Yeni tikililərdə 1 otaqlı mənzil - 300-350 manat

2 otaqlı mənzil - 400-500 manat

Metronun “20 yanvar” stansiyasının yaxınlığında:

Köhnə tikililərdə 2 otaqlı mənzil - 300-350 manat

Yeni tikililərdə 2 otaqlı mənzil - 500-600 manat

Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində (Köhnə Papanin) həyət evlərində 1-2 otaqlı məzillər kirayə verilir. Ev sahibi ilə birgə yaşamağa razı olanlar 150-200 manat ödəməlidirlər.

“Yalnız tələbə qızlara kirayəyə veririk. 1 otağın içərisində çarpayı, şkaf, masa var. Kirayənişinlər bizim soyuducudan istifadə edə biləcəklər. Hamam həyətdə yerləşir”, - mənzilini kirayə verən Almaz İsmayılova şərtləri açıqlayır.

3-cü mikrorayon ərazisində 3 otaqlı tamamilə təmirsiz həyət evləri 300 manata təklif edilir.

Ötən illərdə ən ucuz mənzillərin olduğu ərazilərdən biri Bayıl qəsəbəsi idi. Burada bir-birinin içərisində tikilmiş yataqxana tipli mənzillərdə çox zaman imkansız tələbələr qalırdılar. Artıq qəsəbədə italyan layihəli 2 mərtəbəli binalarda tək otaqlı mənzillər 200-250 manata kirayəyə verilir. Halbuki ötən il belə mənzillərin qiyməti 150 manat olub. Həyət evləri isə bina evləri ilə müqayisədə nisbətən ucuzdur. 20-ci dairədə yerləşən həyət evlərində 100-150 manata mənzil tapmaq mümkündür. Amma kirayənişin ev sahibi ilə birgə yaşamağa, eyni hamam və mətbəxdən istifadə etməyə, kommunal haqları ödəməyə məcburdur. Daxmadan fərqlənməyən otaqlarda 2 nəfərlik masa, çarpayı yerləşdirilib.

Metronun “İçərişəhər”, “Sahil” və “28 may” stansiyalarının yaxınlığındakı evlərin qiyməti isə “əl yandırır”. Məsələn, “28 may” ərazisində köhnə tikililərdə 1 otaqlı mənzillərin qiyməti 300 manatdan başlayır. Yeni tikililərdə isə 1 otaqlı mənzilləri 400 manata kirayələmək olar. Təbii ki, 3-4 otaqlı, hər şəraitlə təmin olunmuş mənzillər də var və bu mənzillərin kirayəsi 800 manatdan yuxarıdır. “Sahil” metrosunun yaxınlığındakı çoxmərtəbəli binada təmirli, hər bir şəraiti olan 3 otaqlı mənzillər 1200 manata kirayəyə verilir.

Metronun “Qara Qarayev”, “Neftçilər”, “Xalqlar Dostluğu” və “Əhmədli” stansiyalarının yaxınlığındakı evlərin qiymətləri isə nisbətən ucuzdur. Məsələn, “Əhmədli” metrosunun üstündəki yeni tikilidə 2 otaqlı mənzili 400 manata kirayələmək olar. “Həzi Aslanov” metro stansiyasının yaxınlığında köhnə tikilidə 250-300 manata, çoxmərtəbəli binalarda isə 400-600 manata hər şəraitlə təmin edilmiş mənzilləri kirayələmək mümkündür.

Maraqlıdır ki, mənzil sahiblərinin daha çox tələbə qızlara üstünlük verdiyini müşahidə etdik. Daşınmaz əmlak kirayəsi ilə məşğul olanların da ilk sualı “qızlara ev axtarırsınız, yoxsa oğlanlara?” olur.

Mənzil alqı-satqısı və kirayəsi ilə məşğul olan Rizvan Heydərov deyir ki, avqustun ikinci ongünlüyündən sonra kirayə evlərin qiyməti bahalaşıb. “Hər ilin bu vaxtı bahalaşma müşahidə edilir. Amma bu il qiymətlər çox yüksəkdir. Gün ərzində 10-15 nəfər kirayə ev üçün müraciət edir, amma 2-3 nəfər qiymətlərlə razılaşır”, - R.Heydərov açıqlayır.

“Makler” Vasif Dadaşov hesab edir ki, bahalaşma devalvasiya ilə bağlı deyil: “Təhsil mövsümündə bahalaşma olur. Hazırda qiymətlərdə təxminən 50 manat artım var. Məsələn, əvvəllər 200 manata 2 otaqlı mənzil də tapmaq olardı. Amma indi 1 otaqlı mənzili 250 manatdan aşağı tapmaq olmur. 2 otaqlılar isə 300 manatdan aşağı deyil”. V.Dadaşov hesab edir ki, qiymətlərdəki artım davamlı olmayacaq. Yəni, təxminən 20 günə qiymətlər aşağı enəcək.

“Sovetski”də evlərin sökülməsi də qiymətlərə təsir edib. Əvvəllər ən son məqamda ucuz ev tapmaq üçün “Sovetski”yə üz tutan tələbələrin əlləri hər yerdən üzülüb. İndi metrodan uzaq olsa belə, ucuz olsun deyə, əksəriyyət Bakıətrafı kənd və qəsəbələrə üz tutur.

Ekspertlər isə deyirlər ki, bahalaşmanın bir neçə səbəbi var. Birincisi, şəhərsalma ilə əlaqədar bir neçə köhnə yaşayış massivinin söküntüsüdür. Digər səbəb isə, hər yay olduğu kimi, bu il də birdən-birə 30 minə yaxın tələbənin Bakıya axın etməsidir. Payızda bölgələrdən işləmək üçün Bakıya gələnlərin sayı da bahalaşmaya təsir edən amillərdəndir. Bütün bunlar kirayə evlərə tələbatı artırır.

Daşınmaz əmlak eksperti Nüsrət İbrahimov hesab edir ki, kirayə mənzil bazarında qıtlıq get-gedə daha da artacaq:

“Əhalinin daha çox ucuz kirayə mənzil tapdığı “Sovetski”, Alatava, “Xutor”, “Kubinka” kimi ərazilərdə söküntü işləri getdiyindən, ucuz mənzillər tapmaq bir qədər çətinləşib. Ucuz mənzillər sökülüb, əvəzində bahalı mənzillər tikilib. Buna görə də, kirayə bazarında bir qədər qıtlıq yaranıb. Hazırda kirayə bazarında 10% artım müşahidə olunur. Tələbələr çox olduğuna görə qiymətlər qalxıb. Amma oktyabr ayından sonra üzü yaza doğru qiymətlərdə azalma olacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam