Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Professor bəyanat verdi: Tibb Universitetinin Tədris Terapevtik Klinikası ilə bağlı yayılan məlumatlar əsassızdır

 

Xeberinfo.com:  Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının direktoru, Əməkdar elm xadimi,  professor  Surxay Musayev bəyanat yayıb. Bəyanatda Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının fəaliyyətindən bəhs olunmaqla yanaşı, son günlər bəzi KİV-də bu Klinika ilə bağlı yayılan qeyri-dəqiq informasiyalara etiraz yer alır. Bəlli oxucu kütləsi üçün maraqlı olacağını nəzərə alıb, bəyanatı olduğu kimi təqdim edirik.  

 

“Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Respublika  Prezidenti cənab İlham Əliyevin 11 sentyabr 2007-ci il tarixli Sərəncamı ilə yaradılıb.  2010-cu il oktyabrın 1-də isə ölkə prezidentinin iştirakı ilə klinikanın açılışı olub. Fəaliyyətə başladığı gündən bu günə qədər Klinika insanlara yüksək xidməti ilə seçilib. 

Universitet Klinikası olaraq peşəkar xidmətdə bir devizi var: müasir texnologiya və elmi yanaşmaya əsaslanan dəqiq müayinə və diaqnoz, keyfiyyətli müalicə. Klinikanın tamamilə kompüterləşdirilməsi buradakı personalın iş fəaliyyətinə çox müsbət təsirini göstərib. 

Burada dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir tibbi avadanlıqlarının olması istər terapevtik, istərsə də pediatrik, nevroloji xəstəliklərin müasir dünya standartlarına uyğun diaqnostikasını və reabilitasiyasını qabaqcıl, mütərəqqi müalicə üsulları ilə aparmağa imkan verir. Bütün bu proseslər isə böyük təcrübəyə malik tibbi personal tərəfindən yüksək peşəkarlıqla həyata keçirilir.

Klinikanın Mərkəzi Laboratoriyasında dünya universitetlərinin referens laboratoriyalarında istifadə olunan ən müasir biokimyəvi, mikrobioloji, immunoloji, genetik və digər analizatorlar mövcuddur. Həmin cihazlarda ölkəmizdə ilk dəfə olaraq Ümumdünya Səhiyyə Təşkilatının qəbul etdiyi “CLSI” standartlarına uyğun analizlər aparılır.

Ölkəmizdə ilk dəfə olaraq xüsusi peşəkarlıq tələb edən müayinələr ATU-nun yüksək ixtisaslı alimlərinin rəhbərliyi altında reallaşdırılıb.

Klinika barədə geniş məlumat verməyimizin əsas səbəbi bu günlərdə bəzi mətbuat orqanlarında həqiqətə uyğun olmayan, araşdırılmamış qeyri-dəqiq informasiyaların yayımlanması ilə bağlıdır. Belə ki, həmin KİV-lərdə Klinikadakı qiymət artımı, xəstələrə olan nizamsız münasibət və mühafizənin gücləndirilməsi ilə bağlı qeyri-ciddi məlumatlara yer verilib. 

Yayılan məlumatlarla bağlı Klinikanın direktoru, professor Surxay Musayev bəyanat verib. 

                         Bəyanatda deyilir:

Bura Tibb Universitetinin Tədris Klinikasıdır. Klinikamızda ölkəmizin ən qabaqcıl və sayılıb-seçilən  professor-müəllim heyəti çalışır. Haqqımızda bu kimi məlumatların yer almasına doğrusu çox təssüflənirəm.

Klinika 2012-ci ildən başlayaraq Nazirlər Kabinetinin 1 dekabr 2010-cu il tarixli 361S saylı sərəncamına əsasən, özünümaliyyələşdirmə prinsipi ilə (təsərüfat hesablı) fəaliyyət göstərir. Fəaliyyətdə olan 12  stasionar şöbənin yalnız 3-də tibbi xidmət hissəvi ödənişli, digərlərində isə ödənişsizdir. Stasionar xəstələr üçün yatış, yemək, dərmanlar, həkim müayinəsi  və müalicə ödənişsiz həyata keçirilir, yalnız diaqnostik müayinələr üçün ödəniş edilir. Klinikada ambulator-poliklinik qəbul ödənişlidir. Tibbi xidmət qiymətlərimizlə istənilən vətəndaş  və yaxud mətbuat işçisi Klinikamıza baş çəkməklə tanış ola bilər. Klinikamız özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərməyə başladığı gündən bu günə qədər nə qiymət artımında, nə də ki xəstələrə olan münasibətdə heç bir qeyri-obyektiv addıma yol verməyib. Əksinə, o vaxtdan bu yana  bir sıra xidmətlərin qiymətində endirimlər də edilib. 

Hətta mən deyərdim ki, Klinikamızda tibbi xidmət qiymətləri özəl və digər təsərrüfat hesablı dövlət  xəstəxanaları ilə müqayisədə xeyli ucuzdur. Biz ilk gündən qiymətlərin aşağı olmasına, bütün təbəqələrdən olan vətəndaşların müalicə ala bilməsinə çalışmışıq. Həkim müayinələrinin qiymətləri isə elmi titullara görə 2012-ci ildən müəyyənləşdirilib və indiyədək dəyişilməz qalır. Belə ki, elmi titulu olmayan həkimin müayinəsi 20 manat, elmlər namizədi 25 manat, elmlər namizədi dosent 35 manat, professorlar isə 50 manat dəyərində xəstələri müayinə və müalicə edirlər. 

Xəstənin ambulator müayinə üçün etdiyi ödəniş 30 gün müddətində etibarlıdır. Yəni o, bu müddət ərzində dəfələrlə təkrar müayinəyə gəlsə belə ödəniş etmir.

Klinikamızda şəhid ailələrinə, Milli Qəhrəmanlara, Qarabağ müharibəsi əllilərinə, Böyük Vətən müharibəsi veteranlarına, universitet əməkdaşlarına və ailə üzvlərinə, tələbələrə, həkimlərə, sığortalı şəxslərə güzəştlər edilir.  Tədris üçün əhəmiyyətli nadir və tematik xəstələliyi olan  insanlara isə tam güzəşt tətbiq olunur. Hər il yüzlərlə xəstə bu imtiyazlardan istifadə edir. 

Bundan başqa, əsasnaməyə uyğun olaraq səlahiyyətimiz daxilində maddi imkansızlığını əsas gətirən, xroniki xəstəliklərə düçar olmuş hər hansı bir şəxs ərizə ilə bizə müraciət edərək xidmətlərimizdən endirimlərlə yararlana bilir.  

Son beş il ərzində Klinikamız tərəfindən müxtəlif rayonlara (Saatlı, Sabirabad, Kürdəmir və s.) həkim briqadaları göndərilib və onlar könüllü olaraq əhaliyə tam ödənişsiz yüksək səviyyədə tibbi xidmət göstəriblər.  

Onu da qeyd edim ki, Klinikamızda mütəmadi olaraq əhaliyə endirimli və ya tam güzəştlərlə tibbi xidmət kompaniyaları elan edilir. Elə ötən ilin noyabrında kardioloqlarımız tərəfindən 1 həftə ərzində yüzlərlə insana pulsuz müayinə xidməti göstərildi.

Bu il isə 20 Yanvar faciəsi ilə əlaqədar olaraq bütün növ laborator analizlərə 30%- dək endirimlər edildi. 

 Klinikamızdakı mühafizə sisteminin gücləndirilməsində başlıca məqsədimiz bura gedib-gələn xəstələrin, 2500-3000-ə yaxın tələbənin təhlükəsizliyini təmin etmək üçündür. Gün ərzində təxminən 5000 nəfərə yaxın insanın  Klinikaya gəldiyini nəzərə alsaq, düşünürəm ki, bu işdə heç bir səhvimiz yoxdur. Klinikamızda 600-dən çox əməkdaş, o cümlədən 200-dək həkim-rezident çalışır. Geosiyasi proseslərin indiki vəziyyətinidə onların da təhlüksizliyini təmin etmək bizim əsas vəzifələrimizdən biridir.

Klinikamız terapevtik profilli olduğundan burada heç bir cərrahi xəstəlik diaqnozu qoyulmur və hansısa ünvana cərrahi əməliyyat üçün kiminsə göndərilməyi qeyri-mümkündür. 

Klinikamızda yalnızca zənginlərin  müalicə alması iddiasına gəlincə, mən bu fikirlərin tamamilə yalnış olduğunu deyərdim. 

Bizə müraciət edən xəstələrin əksəriyyəti orta və aşağı təbəqədən olan insanlardır. Universitet Klinikası olduğumuza görə ölkənin bütün regionlarından xəstələri qəbul edirik. Bu barədə ölkəmizin istənilən mətbuat orqanına çox açıq və şəffaf şəkildə siyahımızı da təqdim də edə bilərik. 

Şübhəsiz fəaliyyətimizdə müəyyən nöqsanlar və çatışmazlıqlar da var. Lakin biz onların aradan qaldırılması üçün daim tədbirlər görürük. 

Mən bir daha vurğulamaq istəyirəm ki, yayılan qeyri-dəqiq, araşdırılmamış  məlumatların heç bir ciddi əsası yoxdur və belə məlumatların çox hörmət etdiyim informasiya portallarında, saytlarda yayımlanmasına təəssüf edirəm. Klinikamız bütün media mənsubları üçün açıqdır və görülən işlərlə tanış olmaq, məlumat almaq üçün onları istədikləri vaxt Klinikaya dəvət edirəm”. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam