Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

“Təhsil sistemində minlərlə adları gedən, özləri olmayan müəllim var”

muellim“Məktəblərdə, təhsil sistemində yüzlərlə, minlərlə adları gedən, lakin özləri olmayan müəllim var. Ona görə də müəllimlərin diaqnostik qiymətləndirmədən keçirilməsi bu məsələdə kömək edəcək”.

 

Xeberinfo.com:  “Report”un məlumatına görə, bunu Təhsil Nazirliyi informasiya şöbəsinin müdiri Elnur Əliyev media nümayəndələri üçün keçirilən təlimdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 2014-cü ildə Bakıda keçirilən qiymətləndirmə zamanı 30 minə yaxın müəllimdən təxminən 6 500-ü ibtidai sinif müəllimi olub: “Elə o zaman da ən böyük problemimiz həmin müəllimlərlə yaranıb. Çünki onlar arasında təhsil səviyyəsi aşağı insanlar çox idi. Hətta elə olurub ki, elmi dərəcəsi olanlar yalnız 5-6 suala cavab yaza bilib. Qiymətləndirmə zamanı bütün bu problemlər aşkara çıxıb. İmtahan nəticələrindən narazı qalan 3 000 müəllimlə görüşüb əsas məqsədi onlara başa saldıq. Başa saldıq ki, sizinlə yanaşı, digər müəllimlərin fərqi bilinməlidir. Ölkə üzrə müəllimlərin diaqnostik qiymətləndirməsinin aparılmasında məqsəd ilk növbədə kimlə işləməyi müəyyənləşdirməkdir”.
Şöbə müdiri qeyd edib ki, müəllimlərin özləri keyfiyyətləri baxımından fərqlənir: “Məktəblərdə çox hallarda müəllimə qarşı ədalətsizlik olub. Məktəblərdə 20-30 il pedaqoji stajı olanlar və yeni müəllimlər arasında fərqləndirmə qoyulmalı idi. Təcrübə onu göstərir ki, biliyindən arxayın olanlar elə imtahanlarda da yüksək nəticə göstərir”.
İmtahan nəticələrinin direktorlara ayrıca zərfdə verildiyini deyən E.Əliyev əlavə edib ki, bununla direktor müəllimləri arasındakı fərqi bilirdi: “Hətta bir çox direktorlar qiymətləndirmədən sonra bizə təşəkkür də edirdilər. Çünki məktəbdə fironluq edən müəllimlər imtahandan sonra sakit kənara çəkilirdi. Nəticədə, çox aşağı göstərici toplayan müəllimlərin bir qismi özləri ərizə yazıb getdilər”.
“Psixologiya ilə bağlı suallar psixoloqlarla birgə hazırlanmışdır. Nəticələri müəllimlərə vermədik, onlar bizdə qalıb. Bu sahədə ən çox problemli müəllimlər ibtidai siniflərdə olub. Bu da səbəbsiz deyil. Hər sinifdə 20-30 uşaq olur və ilk dəfə parta axrasında oturur. Təbii ki, həmin uşaqlara çox həssas yanaşılmalıdır. Bunu nəzərə alaraq məktəbəqədər hazırlıq qruplarının yaradılmasını təklif etdik. Yəni, müəllim sağlam şəkildə təhsil verməlidir”, – deyə Nazirlik rəsmisi qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam