Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Nazir oğlu "Neftçibaza"nı özəlləşdirir

Azad Rəhimovun oğlu "Neftçibaza"nı özəlləşdirir

 

Milli olimpiya komandalarının təlim-məşq bazası (könhə "Neftçibaza") özəlləşdirilir.
Xeberinfo.com:   Bu barədə Fanat.az-a Gənclər və İdman Nazirliyindəki mənbə məlumat verib.
Məlumata görə, yaxın 2-3 ayda bazanın özəlləşdirilməsi nəzərdə tutulub. Artıq bununla bağlı Əmlak Məsələləri Dövlət Komitəsində layihə hazırlanır. Tezliklə özəlləşdirməyə çıxarılacaq bazanın satışı nəzərdə tutulub.
Hələlik könhə "Neftçibaza"nın kimə satılacağı dəqiq bilinmir. Mənbənin sözlərinə görə, böyük ehtimalla baza gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovun nəzarətinə veriləcək.
Təbii ki, nazir bazanın rəsmi şəkildə oğlunun adına rəsmiləşdirərək özünü "yandırmaz". Böyük ehtimalla özəlləşdirmə Arif Rəhimova yaxın şəxslərdən birinin adına olacaq və bazaya rəsmi şəkildə o rəhbərlik edəcək.
Qeyd edək ki, Arif Rəhimovun rəhbərlik etdiyi "Baku Grand Prix" şirkəti bu il Bakıda keçiriləcək dünyada avtomobil idmanının ən bahalı növlərindən birinin - "Formula-1"in "Qran Pri" yarışının təşkilatçısıdı. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam