Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

"Teleqraf" Media Qrupunda maaş qalmaqalı

Aynur Camalqızı məhkəməyə verilir:"Teleqraf" Media Qrupunda maaş qalmaqalı

 

Aynur Camalqızı məhkəməyə verilə bilər

 

Xeberinfo.com:  Aynur Camalqızının "Teleqraf" Media Qrupunda ixtisarlar davam edir. Son olaraq media qrupuna daxil olan “İzvestiya.az”-ın redaktoru işdən azad edilib.
Bundan əvvəl mart ayının 14-də kütləvi ixtisarlar olmuşdu. İşə gələn və heç nədən xəbərləri olmayan işçilərə qəfildən “işdən azad olunursunuz” deyilmişdi. “Bayram sürprizi”nə görə Aynur Camalqızı illərdi saytlarında can qoyan işçilərdən üzrxaqlıq belə diləməmişdi.
Bu azmış kimi dünən məlum olub ki, baş redaktor işdən azad edilənlərin heç yarım aylıq maaşlarını da qaytarmaq niyyətində deyil.
İxtisara düşənlər və maaşını ala bilməyənlər arasında qadın işçilər də var.
Qadın Konsensus Mərkəzi İctimai Birliyinin rəhbəri olan və özünü qadın hüquqlarının müdafiəçisi kimi tanıdan,tədbirlər keçirən Aynur Camalqızı indi özü qadın işçilərinin hüquqlarını kobudcasına pozur. Bu barədə  ixtisara düşən işçilər məlumat verib. Bundan başqa Aynur Camalqızının saytlarında çalışan işçilərin cəmi 10 faizinin əmək müqaviləsi var. Qalanları ilə heç bir müqavilə bağlanmayıb.
Bu səbəbdən keçmiş işçilərdən Aynur Camalqızını məhkəməyə verməyə , pozulmuş hüquqlarını qanun müstəvisində həll etməyə hazırlaşanlar var.
Həmçinin "Teleqraf" Media Qrupunun maliyyəsinin kəsilməsi və diğər skandal məsələlərlə bağlı məlumatlar var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam