Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Əli İnsanovun həbsxana həyatının ilginc detalları

Əli İnsanovun həbsxana həyatının ilginc detalları

 

Müsavat partiyasının başqan müavini Tofiq Yaqublu sonuncu əfv sərəncamı ilə azadlığa buraxıldıqdan sonra sabiq səhiyyə naziri Əli İnsanovun həbsxana həyatından danışıb

Xeberinfo.com:  O, Ə.İnsanovun həbsxanada keçirdiyi günlərlə bağlı maraqlı məqamları açıqlayıb. 

Başqan müavinin sözlərinə görə, sabiq nazirin həbsxanada köməkçisi var:

"Əli İnsanov özü təkcə olardı və yanında da bir nəfər ona kömək edəni vardı. Bir var ümumi yeməkxana, bir də var təkcə özlərinin yemək bişirdikləri yer. Əli müəllimin ayrıca bir barakda yeri vardı. Naharını edir, sonra isə həmin yeri onun üçün yığışdırırdılar və gedirdi. Orada da öz peşəsində idi, insanları müalicə edirdi, xəstə olanlara məsləhət verirdi. Hətta evində xəstəsi olan məhbuslar, həbsxana işçiləri belə ondan məsləhət alırdı. Əli müəllim də məsləhət verir, dərman yazır və kömək edirdi. Onun ciddi bir qrafiki vardı. Səhər tezdən oyanar, bir saat gərgin idman edərdi. Qar yağsın, dolu yağsın, fərq etməz. Qaçır, "jim” edirdi. Səhər yeməyindən sonra mütləq oxumalı idi. Həftədə 5 dəfə vəkilləri yanına gəlirdi. Əli müəllim biz zona gələndə çox sevindi. Düzdür, dedi ki, sizin azadlıqda olmağınızı istəyirəm, türməyə düşməniz üzücüdür. Amma bununla belə, danışmağa adam tapıldığı üçün də sevindi”.

 

Politika.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam