Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Deputat və icra başçısının adı tikinti qalmaqalında

nesib-mehmeliyevNəsib Məhməliyev Cavadxan küçəsi, 38 saylı binanın həyətini Salyanın rəhbəri Tahir Kərimova hədiyyə edib?

Xeberinfo.com:  Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsi, 38 saylı binanın sakinləri “Azadlıq”a müraciət edib. Sakinlərin sözlərinə görə, 2007-ci ildə 38 saylı binanın həyəti Nəsimi bələdiyyəsi tərəfindən Aygül Musayevaya verilib. Daha sonra isə həmin sahənin yaxınlıqdakı sahibkar Arifə Camalqızının olması ortaya atılıb. Arxivdən araşdırılıb məlum olub ki, hər iki şəxsin adına heç bir torpaq sahəsi yoxdur.

Məhkəmədə torpaq sənədinin ləğvi, eyni zamanda tikintiyə icazə verən sərəncamın ləğvi ilə bağlı iki iddia qaldırılıb. Iş məhkəməyə veriləndən sonra apelyasiya instansiyasında məlum olub ki, heç bir sənəd olmayıb və işi birinci instansiya məhkəməsinə qaytarıb.

Eyni zamanda Bakı Şəhər Icra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş Idarəsinin 2014-cü il 29 dekabr tarixli məktubu ilə qeyri-yaşayış sahəsinin tikintisinə dair razılaşdırılmış layihəni etibarsız hesab edib.

Sakinlər iddia edirlər ki, Nəsimi rayonunun keçmiş icra başçısı, hazırda deputat olan Nəsib Məhməliyev həmin ərazini Salyanın icra başçısı Tahir Kərimova hədiyyə edib. Bu səbəbdən də qanunsuzluğa göz yumulur. “Bir nəfər ərazini qazanc üçün obyektə çevirmək istəyir və bunun nəticəsində yoldan həyətə girmək üçün dar bir cığır qalıb. Həmin şəxsə etirazımızı bildirdik, 2007-ci ildə inşası başa çatdırılan tikintini yarımçıq qoyduq. 2012-ci ildə yenidən cəhd etdi, dövlət qurumlarını məsələyə qatandan sonra tikili söküldü. Biz bu məsələləri hazırda yolumuzu kəsən adama xatırlatdıq. Lakin həmin şəxs ya başa düşmür, ya da istəmir. Özünü obyektin ya yiyəsi, ya da icraçısı kimi təqdim edən Hüseyn adlı şəxs deyir ki, 70 min manat xərcim çıxıb. Sizin acığınıza tikdirəcəm. Biz tikinti aparmağa qoymuruq. Ərizə və şikayətlər yazaraq haqqımızı tələb edirik”, – deyə sakinlər bildirir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam