Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Spirtli içkilərin plastik kartlarla satışı rəsmən dayandırıldı

Spirtli içkilərin plastik kartlarla satışı rəsmən dayandırıldı

 

 

Azərbaycanda aksizli malların plastik kartlarla satışı bu gündən dayandırılıb. 
Xeberinfo.com:  Məlumata görə, bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevə çox sayda müraciətlər olub və sahibkarlığın inkişafına dəstək istiqamətində atılan addımlara əlavə olaraq, spirtli içkilərin plastik kartlarla satışı dayandırılıb.
S.Ələkbərov qeyd edib ki, ölkədə kifayət qədər POS-terminal var: "Ticarət və ictimai-iaşə obyektlərində 86 mindən artıq POS-terminal quraşdırılıb və ehtiyac olarsa, əlavə POS-terminalların quraşdırılması üçün hər cür imkanlarımız var. Sadəcə olaraq, insanlar buna alışmır. Kartlar da kifayət qədərdir. Bu gün Azərbaycanda 6 milyondan artıq ödəniş kartı var".
Nazir müavininin sözlərinə görə, o ki qaldı spirtli içkilərin nağdsız ödənişinə, burada prinsip etibarilə ciddi bir problem yoxdur: "Sadəcə olaraq, sənədləşmə ilə bağlı məsələlər var. Həm bizə, həm də Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, cənab Prezidentə çoxsaylı müraciətlər daxil olub ki, bu sənədləşmə işlərinin başa çatdırılmasına müəyyən zaman tələb olunur. Bütün bunları nəzərə alaraq, cənab Prezident həmişəki kimi, yenə də sahibkarlığın inkişafına öz dəstəyini göstərir və tapşırıq verilib ki, bu qaydaların tətbiqi müvəqqəti olaraq dayandırılsın".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam