Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Qarabağ qazisi ölüm aclığına başladı

 

 

 

 

    Sosial ədalətsizlikdən boğaza yığılan Qarabağ qazisi ölüm aclığına başladı

 

     Qarabağ qazisi Namiq Ağayev fevralın 24-dən ölüm aclığına başlayıb. İkinci qrup əlil olan vətəndaş sosial problemlərinin ciddiliyindən və səhhətindən şikayətlənib. Onun sözlərinə görə, illərdir ki, pulsuzluq səbəbindən müalicə oluna bilmir və sağlamlıqla bağlı problemləri ciddiləşib.

     Namiq Ağayev Füzulinin Qacar kəndində uğrundakı döyüşdə yaralanıb. Onun sözlərinə görə, ordu sıralarına könüllü qoşulub: “1993-cü ilin aprelin 2-də 3 yerdən yaralandım. İndi 21 ildir öz haqqımı ala bilmirəm. Metronun “Neftçilər” stansiyasının yaxınlığında 20 ildi balaca bir stolun üstündə alver edirdim. Ötən il onu əlimdən aldılar. Adını da qoydular ki, küçə ticarəti qadağandı. İki övladım var. Onları necə saxlayım? Bütün dövlət qurumlarına müraciət etmişəm. Ancaq heç bir nəticəsi olmayıb. Prezident Administrasiyasında olmuşam. Onlar məni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yönləndiriblər. Nazirlikdə də etiraf ediblər ki, mənə qarşı saxtakarlıq olub. Bunu da edən Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və Veteranları Birliyinin Nizami rayon şöbəsinin sədri Məhi Mehdiyevdi. O məni hər yerdə müxalifətçi kimi təqdim edir. Halbuki Məhi Mehdiyev özü Qarabağ əlili deyil. Saxta yollarla özünə sənəd düzəldib ev, maşın alıb”.

 

     Mənzil şəraitinin yaxşı olmadığını, müalicəyə ehtiyacı olduğunu deyən Namiq Ağayev ötən 21 ildə heç cürə haqqını bəra edə bilmədiyini deyir: “Gündən-günə səhətim də pisləşir. Bu gün (dünən-red) həkim məni müayinə etdi. Dərmanlar yazdı. Ancaq bu dərmanları alan deyiləm. Birincisi pulum yoxdur, ikincisi də haqsızlığa etiraz olaraq ölüm aclığını davam etdirəcəm”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam