Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Narimanovda 9 ayın yekunlarının hesabatı keçirildi

 

"Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2015-ci ilin doqquz ayının yekunlarına və qarşıda duran vəzifələr"ə həsr olunmuş Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilib.

 

"Xeberinfo.com":   Bu gün “Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2015-ci ilin doqquz ayının yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilib.

Tədbirdən öncə rayon rəhbərliyi və rəsmi qonaqlar İcra Hakimiyyətinin inzibati binasının foyesində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyaraq Ulu öndərin əziz və parlaq xatirəsini ehtiramla yad ediblər.

Rayonun rəhbərliyi, Milli Məclisin deputatları, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin rayon ictimaiyyəti nümayəndələrinin qatıldığı tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev cari il oktyabr ayının 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitq söyləyərək ölkəmizdə sosial-iqtisadi inkişafın bütün sahələrində əldə olunmuş nailiyyətlərdən ətraflı söz açdığını və qarşıda duran vəzifələri diqqətə çatdıraraq, həmin vəzifələrin həlli ilə bağlı öz dəyərli tapşırıq və göstərişlərini verdiyini bildirib.

Hesabat məruzəsində tədbir iştirakçılarının diqqəti rayonun sosial-iqtisadi inkişafını təmin edən ayrı-ayrı sahələr üzrə müvafiq dövr ərzində görülmüş işlərə, həyata keçirilmiş tədbirlərə və qarşıda duran vəzifələrə yönəldilərək respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin aparıcı rayonlarından olan Nərimanov rayonunun da hərtərəfli inkişafı üçün böyük işlərin görüldüyünü və bu işlərin hazırda da uğurla davam etdirildiyi nəzərə çatdırılıb.

Rayonda sənayenin əsas iqtisadi göstəriciləri barədə ətraflı məlumat verilərək, doqquz ayın yekunlarına görə rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafının davam etdirildiyi və bu müddət ərzində xidmətlər də daxil olmaqla 1 milyard 792 milyon manatlıq məhsul istehsal olunduğu, istehlakçılara 1 milyard 938 milyon manatlıq və ya bütün sənaye məhsulunun 108,1 faizi qədər sənaye məhsulu göndərildiyi, həmçinin istehsal olunmuş sənaye məhsulunun həcmində dövlət sektorunun xüsusi çəkisinin 88,6 faiz təşkil etdiyi, yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 2982 daimi iş yerinin yaradıldığı vurğulanıb.

  

İlk Avropa Oyunlarının keçirilməsinə hazırlıqla əlaqədar ölkə başçısı tərəfindən qarşıya qoyulan vəzifələrin icrasının uğurla həyata keçirildiyi nəzərə çatdırılaraq, ilk növbədə artıq şəhərimizin ən gözəl prospektlərindən birinə çevrilən Ziya Bünyadov prospektinin uzunluğu 15 km olan hissəsində yaşayış və qeyri-yaşayış binalarının fasadları və dam örtüklərinin yenidən qurulduğu, yeni inşa olunan Olimpiya Stadionunun  ətrafında sahəsi 15 hektar olan yamacda yaşıllıqların, həmçinin, Böyük Şor gölü ətrafında Olimpiya Stadionuna yaxın ərazidə yeni bulvar zolağının və rayonun Heydər Əliyev prospekti ilə İ.Həsənoğlu küçəsinin kəsişməsində yeni parkın salındığı, eyni zamanda paytaxtımızın giriş qapısı sayılan Heydər Əliyev prospektinin yenidən qurulması layihəsinə uyğun olaraq istismar müddətini keçmiş və sökülmüş 8 ədəd yaşayış binasının yerində müasir milli memarlıq üslubunda 4 ədəd yaşayış binasının tikintisinin yüksək keyfiyyətlə davam etdirilərək həmin binaların yaxın müddətdə sakinlərin istifadəsinə veriləcəyi qeyd edilib.

Hazırda 193 nömrəli tam orta məktəbdə, Elmi Tədqiqat Tibbi Bərpa və Təbii Amillərlə Müalicə İnstitutunda, Respublika Uşaq Reabilitasiya Mərkəzində, 21 saylı musiqi məktəbində əsaslı təmir işlərinin davam etdirilərək, bir sıra təhsil müəssisələrində mütəmadi olaraq cari təmir işlərinin aparıldığı xatırlanıb .

Ötən dövr ərzində rayon rəhbərliyi tərəfindən 2038 nəfər vətəndaşın iştirak ilə keçirilmiş keçirilmiş 20 səyyar görüş və  qəbullar zamanı edilən 193 müraciətdən 184-nün (95 %) öz müsbət həllini tapdığı, 8-nin isə (5 %) nəzarətə götürüldüyü nəzərə çatdırılıb.

Tədbirdə çıxış edən Milli Məclisin deputatları Adil Əliyev, Rasim Musabəyov, “Polad Burazları” ASC-nin sədri Zakir Nəsirov, Nərimanov Su Kanal İdarəsinin rəisi Əhliman Mansurov, 291 nömrəli Ekologiya Liseyinin direktoru Sevinc Osmanova, Elmi Tədqiqat Tibbi Bərpa və Təbii Amillərlə Müalicə İnstitutunun direktoru Əlişir Musayev və iş adamı Xudu Rzayev rayonda geniş vüsət alan abadlıq-quruculuq işləri barədə öz fikirlərini bildirərək, rayon sakinlərinin problemlərinin həlli istiqamətində görülən işlərdən məmnunluq ifadə ediblər. Onlar dövlətimizin başçısının rəhbərliyi altında ölkə həyatının bütün sahələrində əldə edilmiş nailiyyətləri diqqətə çatdırıb və Nərimanov rayonunda hesabat dövründə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliklərini bildiriblər.

Daha sonra A.Fərzəliyev ölkə başçısının Nazirlər Kabinetinin iclasında sahibkarlara verdiyi dəstəklə bağlı tapşırıqlarını rəhbər tutaraq rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rayon ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyətinə maneçilik törətməmək və sahibkarlara qarşı bürokratik əngəllərə yol verməmək barədə ciddi xəbərdarlıq edib.

Sonda A.Fərzəliyev Nərimanov rayonunun sosial–iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi və s. istiqamətdə cari ilin ilk doqquz ayı ərzində görülən böyük işlərin gələcəkdə də uğurla davam etdiriləcəyini vurğulayıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam