Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

 Əhalinin sayı açıqlandı: 10 milyona çatırıq

 

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 73 min nəfər və ya 0,8% artaraq bu il sentyabr ayının 1-i vəziyyətinə 9 milyon 666 min nəfərə çatıb.

"Xeberinfo.com":  Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfərdir. 

 Əhalinin 53,1 faizi şəhər, 46,9 faizi isə kənd sakinləridir.  Əhalinin 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Hazırda orta hesabla hər 1000 kişiyə 1009 qadın düşür.

 Bu ilin yanvar-avqust ayları ərzində ölkədə 109 min körpə doğulub və əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 17,2 təşkil edib. Doğulan körpələrin 53,2 faizini oğlan, 46,8 faizini qız uşaqları təşkil edir. Doğulan körpələrdən 1970-i əkiz, 63-ü isə üçəmdir.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ilin yanvar-avqust ayları ərzində 37,2 min ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə hesabı ilə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ölüm səviyyəsi dəyişməyərək eyni səviyyədə (5,9) qalıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam