Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

İcra başçısı mağazaları sökdürür

 

Sumqayıtın Sülh küçəsində yerləşən mağaza sahiblərinə obyektlərinin yaxın vaxtlarda söküləcəyi ilə bağlı xəbərdarlıq edilib.

 

"Xeberinfo.com":   Məlumata görə, bu barədə azvision.az-a obyekt sahibləri məlumat verib. 

Obyekt sahiblərinin sözlərinə görə, icra hakimiyyətinin nümayəndələri əraziyə baxış keçirərək mağazaların yaxın günlərdə söküləcəyini bildiriblər. 

Söküntünün yeni icra başçısı Zakir Fərəcovun tapşırığı ilə həyata keçirildiyi qeyd edilib.

Obyektləri sökülən sahibkarlara kompensasiyanın verilib-verilməyəci haqda isə hələlik heç bir məlumat verilməyib.

Qeyd edək ki, icra başçısı Zakir Fərəcəov YAP Sumqayıt şəhər təşkilatının Gənclər Birliyinin üzvləri ilə görüşü zamanı şəhərin siması tamamilə dəyişəcəyini və bu istiqamətdə işlərin başlanıldığını bildirimişdi. 

Zakir Fərəcovun sözlərinə görə, Sumqayıt şəhərinin əsas girişindən "Göyərçin” abidəsinə kimi olan avtomobil yolu 5 metr sağ və sol istiqamətlərə doğru genişlənəcək. Həmin yola düşən obyektlər söküləcək və ərazidə park salınacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam