Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Milyarder icra hakimiyyətini məhkəməyə verdi

 

 “Aznar” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Göyçay Rayon İcra Hakimiyyətini (RİH) məhkəməyə verib.

 

"Xeberinfo.com":   Mətbuatda yayılan xəbərlərə görə, QSC icra hakimiyyətinin sərəncamının ləğv edilməsini tələb edir. İddiaya əvvəlcə Şəki İnzibati-İqtisadi Məhkəməsində baxılıb. Məhkəmə iddianı təmin etməyib.

Şəki Apellyasiya Məhkəməsi Şəki İnzibati-İqtisadi Məhkəməsinin aktını ləğv edərək yeni qərar qəbul edib.

İddiaya Azərbaycan Ali Məhkəməsində baxılacaq.
Məlumata görə, azvision.az məsələ ilə bağlı Göyçay rayon İcra Hakimiyyətindən münasibət öyrənib.

İH-nin Hüquqşünası Yusif Cəbrayılov saytımıza açıqlamasında bildirib ki, “Aznar” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Göyçay Rayon İcra Hakimiyyətini torpaq iddiasına görə, məhkməyə verib.

Hüquqşünasın fikrincə, “Aznar” Qapalı Səhmdar Cəmiyyəti (QSC) iddia edir ki, şirkətin rayondakı ofisinin qarşısındakı torpaq sahəsi onlara məxsusdur. 

`Göyçay Rayon İcra Hakimiyyətinin isə sərəncamı var ki, həmin torpaq sahəsi “Aznar”-a yox, dövlətə məxsusdur. Ona görə, “Aznar” QSC-nin rəhbərliyi İcra hakimiyyətini məhkəməyə verib ki, həmin sərəncam ləğv edilsin. Hazırda işə məhkəmədə baxılır`.

Qeyd edək ki, “Aznar” QSC-nin Müşahidə Şurasının sədri azərbaycanlı milyarder Fərhad Əhmədovdur. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam