Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Hacılarımız vətənə qayıda bilmirlər - Foto

 

Həcc ziyarətini yerinə yetirib Azərbaycana qayıtmaq istəyən zəvvarlarımız Ciddə hava limanında köməksiz qalıblar.

"Xeberinfo.com":   Zəvvarların APA-ya verdiyi məlumata görə, uçuşları həyata keçirən "Flynas air" aviaşirkəti problemlə bağlı onlara hər hansı bir məlumat verməyib. Köməksiz vəziyyətdə qalan zəvvarlarımız uçuşun nə vaxt həyata keçiriləcəyindən xəbərsiz olduqlarını bildiriblər.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu problemlə bağlı məlumat yayıb. QMİ Həcc ziyarəti zamanı zəvvarların dönüşündə yaranan gecikmələr və problemlərlə, o cümlədən Ciddə hava limanında zəvvarların etiraz aksiyası ilə bağlı geri uçuşları həyata keçirməyi öhdəsinə götürən “Flynas air” aviaşirkətinin cəzalandırılmasını tələb edib.

"Flynas air” şirkəti məsələ ilə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, bunun səbəbi Ciddə hava limanında izdihamın yaranması, aeroportun həddən artıq yüklənməsidir. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) isə, zəvvarların üzləşdiyi problemlərlə müqayisədə bu səbəbləri yetərli saymır. İdarədən verilən məlumata görə, Səudiyyə Ərəbistanına məxsus aviaşirkət öhdəliklərini yerinə yetirmədiyinə və zəvvarlara yaratdığı problemə görə AZAL-a müraciət edilib.

Azərbaycanlı hacılar vətənə qayıda bilmirlər - Foto
Azərbaycanlı hacılar vətənə qayıda bilmirlər - Foto
Azərbaycanlı hacılar vətənə qayıda bilmirlər - Foto
Azərbaycanlı hacılar vətənə qayıda bilmirlər - Foto

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam