Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Ziya Məmmədovun malikanəsində fövqəladə toplantı

 

Nəqliyyat naziri Ziya Məmmədovun ətrafında baş verənlər KİV-in diqqətindədir. Onun vəzifədən azad edildiyi və ölkədə olmadığı barədə xəbərlər yayılır. Z. Məmmədovun baş verənlər barədə müəmmalı şəkildə susması onun himayəsi altında olan iş adamlarının narahatlığına səbəb olub. Onlar artıq nazirin “kitabının bağlandığını” hiss edərək Z. Məmmədovun ətrafını tərk etməyə başlayıblar. Nazirin hazırda harada olması barədə aydın informasiyanın yoxluğu vəziyyəti daha da qəlizləşdirib. 

"Xeberinfo.com":   Məlumata görə, Z. Məmmədovun ölkəni tərk etdiyi, hətta oğlu Anar Məmmədovun həbs olunması barədə intensiv olaraq məlumatların yayılması nazirin himayəsində olan biznes elitasını qorxuya salıb. Bütün bunlar isə nəqliyyat nazirini narahat etməyə başlayıb. 

Strateq.az-a daxil olan məlumata görə, məzuniyyətdə olan nəqliyyat naziri Ziya Məmmədov ölkəni tərk etməyib. O, dincəlmək üçün doğma rayonunu seçib. Hazırda doğluduğu Ucar rayonunun Qazıqumlax kəndindəki malikanəsində olan Z. Məmmədov adı baş verənləri müzakirə etmək üçün bu gün   kənddəki malikanəsində özünə yaxın iş adamlarının və yaxınlarının iştirakı ilə toplantı keçirib. Toplantının təfərrüatları bəlli olmasa da nazirin bu görüşü keçirməklə özünə yaxın olan iş adamlarına “heç yerə getmirəm, yerimdəyəm” mesajını verməsi anlamına gəlir.  

Qeyd edək ki, son günlər nəqliyyat naziri Ziya Məmmədovun işdən çıxarılacağı və yaxud, onun öz ərizəsilə işdən azad olunmaq istədiyilə bağlı xəbərlər yayılıb. Bundan başqa, yazılanlara görə, Ziya Məmmədov məzuniyyətdən işə qayıtmayacaq.

Son günlər ərzində nəqliyyat nazirinin adı ətrafında maraqlı hadisələr cərəyan edir. Ölkədə “nəqliyyat kralı” sayılan Ziya Məmmədov bir-birinin ardınca səlahiyyətlərini itirib. Taksilərə lisenziya verilməsi Nazirlikdən alınaraq ASAN Xidmətə verilib, onun himayəsnidə olan Bakı Avtovağzalına yeni rəis təyin edilib. Paytaxtda sərnişin daşınmasının ondan alınaraq Bakı şəhər icra hakimiyyətinə verilib. Sonuncu dəfə isə Nəqliyyat Nazirliyinin ən nəhəng və gəlirli müəssisəsi olan “Azərbaycan Dəmir Yolları” QSC prezident fərmanı ilə nazirlikdən ayrılaraq müstəqil fəaliyyətə keçib.

Bundan başqa, məlum olub ki, “Bakı Sərnişindaşınma” MMC də Nəqliyyat Nazirliyinin nəzarətindən alınacaq. Belə ki, yaxın vaxtlarda sərnişindaşınma xidməti Nəqliyyat Nazirliyinin balansından çıxarılacaq və ayrıca qurum kimi formalaşdırılacaq. Həmin quruma isə Bakı şəhər İcra Hakimiyyəti nəzarət edəcək.

Buna baxmayaraq Nəqliyyat Nazirliyi Z. Məmmədovun işdən çıxarılması barədə xəbərləri qəzəbli şəkildə təkzib edib. “Son günlər kütləvi informasiya vasitələrində Nəqliyyat Nazirliyilə bağlı cəfəng xəbərlər gedir. Yayılan xəbərlərin heç biri həqiqətə uyğun deyil”, - deyə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov KİV -ə açıqlamasında bildirib. Qurum rəsmisinin sözlərinə görə, hazırda nazir məzuniyyətdədir və işə ayın 20-də çıxacaq.“Nazirin işdən çıxması ilə bağlı yayılan bütün sözlər şayiədir”– deyə Namiq Həsənov bildirib.

Bütün hallarda Ziya Məmmədovun səlahiyyətlərinin xeyli azaldıldığı göz önündədir. Odur ki, hazırda vəziyyətlə bağlı aydın izahat almaq üçün çalışan nazirin ətrafındakı böyük biznes dairəsinin dağılmasından da təşvişə düşdüyü aydın olur.  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam