Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"AZAL"-da genişmiqyaslı yoxlamalar

 

“Qazelli” parfümeriya şirkətinin Əsgərovlardan alındığı haqda söhbətlər gəzir

"Xeberinfo.com":   Prezident İlham Əliyev iyulun 13-də Nazirlər Kabinetinin iclasında ölkədə aviabiletlərin qiymətlərinin cox yüksək olması və bunun turizmin inkişafında əsas maneələrdən birinə çevrilməsini bəyan etməsi uzun müddət “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətini (AZAL) ictimaiyyətin və KİV-lərin müzakirə mövzusuna çevirdi.

AZAL-ın həm sərnişindaşıma, həm də karqo xidməti üzrə tətbiq etdiyi qiymətlərin həddindən artıq yüksək olması ətrafında başlayan müzakirələrə deputatların, hakimiyyətyönümlü və rəsmi medianın da qoşulması, hətta şirkətin prezidenti Cahangir Əsgərovun istefaya göndəriləcəyinə dair rəyin yaranmasına səbəb oldu. Əsgərovun böyük korrupsiyaya yol verdiyinə və AZAL rəhbərliyinə qeyri-azərbaycanlıları yığdığına dair məlumatların dövriyyəyə buraxılması da belə düşünməyə əsas verirdi.

Ancaq bütün tənqidlərə rəğmən, nə Cahangir Əsgərov tərəfindən qiymətlərin aşağı salınması istiqamətində ciddi bir addım atıldı, nə də AZAL rəhbərliyində dəyişiklik oldu. Hətta bir müddət sonra AZAL-la bağlı qaldırılan problemlər yaddan çıxdı. Hazırda nə aviabiletlərin qiymətlərinin cox yüksək olmasından danışan var, nə də Cahangir Əsgərovun AZAL rəhbərliyinə qeyri-azərbaycanlıları yığaraq, korrupsiya ilə məşğul olmasından…

AZAL-la bağlı ictimai müzakirələr dayansa da, Cahangir Əsgərovun başının üzərindəki “qara buludların” dağıldığını söyləmək hələ tezdir. Belə ki, “AzPolitika.info”-ya daxil olan məlumata görə, bu yaxınlarda AZAL-da genişmiqyaslı yoxlamalara start verilib. Müxtəlif dövlət qurumlarının təmsilçilərindən ibarət xüsusi komissiyanın AZAL-ın bütün fəaliyyətini təftiş etdiyi bildirilir. Yoxlamanın AZAL-ın son illərdəki bütün istiqamətlər üzrə fəaliyyətini əhatə etdiyi də bizə verilən məlumatlar sırasındadır.

Belə geniş miqyaslı yoxlama ilə ilk dəfə qarşılaşan Cahangir Əsgərovun ciddi narahat olduğu bildirilir. Məhz bu səbəbdəndir ki, əvvəllər gün ərzində maksimum 2-3 saat işdə olan Cahangir Əsgərov, indi səhər tezdən iş günün sonunadək kabinetindən çıxmır.Məlumata görə, xüsusi komissiyanın yoxlamanın gedişi barədə Əsgərova hər hansı məlumat verməməsi də onun narahatlığını artırıb.

Cahangir Əsgərovun təşvişə düşməsinin bir səbəbi də onun şəxsi biznesinin də nəzarətə götürülməsidir. Cahangir Əsgərovun xanımının rəhbərlik etdiyi “Qazelli” parfümeriya şirkətinin artıq onlardan alındığı barədə AZAL-da söhbətlər gəzir.

Mötəbər mənbənin “AzPolitika”ya verdiyi bir başqa məlumata görə, Cahangir Əsgərov kömək istəmək məqsədilə bu yaxınlarda akademik Arif Paşayevlə görüşməyə cəhd edib, lakin onu akademikin qəbul otağından qovublar.

Bütün bunlar – AZAL prezidentinin fəaliyyətinin geniş şəkildə yoxlanılması və ailə şirkətinə əl qoyulması onunla bağlı heç də yaxşı perspektivdən xəbər vermir. Hər halda uzun illərdir vəzifədə olan Əsgərovun ilk dəfə belə bir vəziyyətlə qarşılaşdığı bildirilir. Nəticəsi necə olacaq, zamanla biləcəyik.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam